Son dəqiqə
20-05-2020, 14:37
1 334

Bu icra başçıları narahatdır - Növbə onlara da çatacaq...

Bu icra başçıları narahatdır
5 icra başçısının həbsi və onları dəmir barmaqlıqlar arasına aparan səbəblər hazırda rayonlarda ağalıq edən bəzi rəhbərləri ciddi təşvişə salıb. Hətta iddialara görə, onların arasında DTX-nın "qara maskalı” əməkdaşlarını görməmək üçün sağlam olduğu halda, Bakıdakı xəstəxanalarda özünə otaq ayırtdırıb, "ağır xəstə” diaqnozu qoyduranlar da var. Qorxudan şəkəri qalxanlar...

Mövzu ilə bağlı danışan deputat Aqil Abbas bildirib ki, korrupsiyaya, əyri yollara qurşanan icra başçıları və digər məmurların hamısı təşvişdədir:

"Xəstəxanaya düşənin olub-olmadığını deyə bilmərəm. Amma təşvişdə olmaqları normaldır. Çünki qorxurlar ki, növbə onlara da çatacaq. Kimlər ki öz yerində deyil, Prezidentin etimadını doğrultmayıb, vətəndaşları razı salmağa cəhd belə etmir, dövlətə, millətə xəyanət edir, təbii ki, narahatlıq içindədir. Belə olanda xəstəlik nədir, hər nə desən taparlar. İstəyir icra başçısı olsun, istəyir komitə sədri olsun, istəyir nazir olsun, kimliyindən asılı olmayaraq, dövlət məmurları öz günahlarını bilirlər”.

A.Abbas deyib ki, gec-tez bütün günahkarlar öz cəzasını alacaq:

"Amma kim ki, sədaqətlə qulluq edir, tapşırıqları yerinə yetirir, camaat arasında rəğbət qazanıb, hörməti var, həm siyasi, həm də başqa mənada özünü doğruldub, onlar niyə təşviş keçirsin? Onlar haqqında da möhtərəm Prezident məlumatlıdır. Hər şeyin öz vaxtı var, əyri yollara qurşananlar qoy hələ narahatlıq içində olsunlar”.

Modern.azшаблоны для dle 11.2

Digər xəbərlər

Ermənistan ordusu Gədəbəyin kəndləri istiqamətində təxribat törətdi
Sistemli şəkildə islahat aparmağa ehtiyacımız var
60 gün müddətinə,..
“Qış gələndə hamı yenidən evdə oturacaq”
Bu əmanətlər vətəndaşlara geri qaytarılacaq
Bakıda iki oğlanın nişanı oldu
Dünya birjalarında neftin son qiyməti
Azərbaycanlı həkim İstanbulda koronavirusdan vəfat etdi
Koronavirusla bağlı yanlış məlumat yayan 10 nəfər həbs edilib
Prezident və xanımı AÇILIŞDA
Azərbaycanda xüsusi karantin rejimi yenidən sərtləşdirilə bilər
İran ordusu öz gəmisini bombaladı
Generalın həbs olunan qardaşı azadlığa çıxdı
Azərbaycanda maska və spirt monopoliyasını kim yaradır?
Azərbaycanda daha 30 nəfər koronavirusa yoluxdu, 41 nəfər sağaldı
Mütəxəssislərdən xəbərdarlıq
190 manatı ala bilməyənlərin nəzərinə
Gənclər yeni idarəetmə təfəkkürünün daşıyıcılarıdır
Karantin rejimi mayın 11-dən yumşaldıla bilər
Afaq Bəşirqızını güllələmək istəyiblər
Vilayət Eyvazov idarə rəislərinə tapşırıqlar verdi
Koronavirusun təcili müalicəsi vacibdir
Bütün gözlər Milli Məclisə dikilib
Baş nazir parlamentə hesabat verir
Bəs keçmiş başçıların sərvəti niyə araşdırılmır?..
Hər bir vətəndaş tam əmindir ki, Prezident daim onun yanındadır
Karantində olan şəxslər etiraz aksiyası keçirib
İşıq limiti nə vaxtdan artırılır?
Kürün sahilində yeyib-içən 19 nəfər saxlanıldı, 2 nəfər...
KİVDF-nin yeni sədri jurnalistlərin üçüncü binasında oldu