Son dəqiqə
20-05-2020, 14:50
1 409

Ərazilərin azad olunması üçün son ssenari: Ordu cəbhəyə niyə yeridildi?

Ordu cəbhəyə niyə yeridildi?
“Azərbaycanın genişmiqyaslı hərbi təlimlərə başlaması Ermənistana mesajdır. Bakı İrəvanda isti başları soyutmağa, 2016-cı ilin aprelində baş verənləri xatırlatmağa çalışır”.

Xezer.org xəbər verir ki, bu barədə rusiyalı ekspert Vitali Arkov deyib.

Onun sözlərinə görə, Ermənistan davranışları ilə müharibə vəziyyəti yaradır: “Ermənistanın indiki rəhbərliyinin hərəkətləri qeyri-adekvatdır və Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Azərbaycanı güc yoluna əl atmağa sövq edir. Ehtimal ki, belə ssenari son variant kimi həqiqətən mövcuddur. Biz görürük ki, Paşinyan onilliklər boyunca davam edən prosesi kənara qoyub danışıqları sıfırdan başlamağı təklif edir. Əvvəlki il deyirdi ki, ona “Madrid prinsipləri” ilə tanış olmaq lazımdır, ikinci il bu haqda danışmağa başlayır. Bu, hər kəsi şüurlu şəkildə təhqir etməyə bənzəyir. Həmçinin, Lavrovun yalan danışdığını iddia edərək, bura Moskvanı da cəlb etməyə çalışır. Mən danışıqlar prosesində konkret sənəd üzərində müzakirələrin aparılması məsələsində Lavrova daha çox etibar edərdim, nəinki Paşinyana. Belə sənədin mövcudluğu haqda dəfələrlə eşitmişik, amma Paşinyan deyir ki, belə sənəd yoxdur. Ermənistan faktiki olaraq müharibəyə təhrik edir və Azərbaycan da hərbi təlimlərlə İrəvana mesaj verir”.

V.Arkov qeyd edib ki, 2016-cı ilin “Aprel müharibəsi” Azərbaycan ordusunun döyüş hazırlığını və gücünü göstərdi.

“Bütün reytinqlərdə, eləcə də ekspert fikirlərində bu öz əksini tapıb. Yəni erməni ordusu ilə müqayisədə Azərbaycan ordusu kifayət qədər güclüdür. Bu da müharibə zamanı qələbənin birmənalı şəkildə Azərbaycan tərəfində olacağı deməkdir. Bununla yanaşı, Ermənistanın Azərbaycanı təcavüzdə ittiham etmək üçün qəsdən təhrik etdiyini düşünürəm. Hesab edirəm ki, İrəvanın mövqeyi Azərbaycanı bezdirdi, amma Bakı daha səliqəli hərəkət edir, erməni oyununa təslim olmur və münaqişənin həlli üsullarını tapmağa çalışır”, - ekspert diqqətə çatdırıb.

Arkov Ermənistanın regionda qeyri-sabitlik yaratmaq üçün təzyiq aləti olduğunu vurğulayıb: “Nikol Paşinyan qətiyyən müstəqil siyasətçi deyil, o ABŞ-ın oyuncağıdır. Paşinyanın ətrafındakılarının çoxu Soros Fondundan gələnlərdir, bəziləri hətta rəsmən Mərkəzi Kəşfiyyat İdarəsində təlim keçib. Hesab edirəm ki, Paşinyanın Qarabağla bağlı zidd bəyanatları öz fikri deyil, ona verilən göstərişlərdir. Bununla yanaşı, İrəvan münaqişədə status-kvonu saxlamağa çalışır. Ermənistan Dağlıq Qarabağa nəzarət edir, buna paralel olaraq, ətraf 7 rayonu zəbt edib, halbuki, bu ərazilər qeyd-şərtsiz qaytarılmalıdır. Bu ərazilərin işğal edildiyini İrəvan özü də qəbul edir”.

Ekspertin fikrincə, Paşinyanın ziddiyyətli bəyanatlarının daxili səbəbləri də var: “Onilliklər ərzində aparılan təbliğat nəticəsində Ermənistanda əhali Qarabağ ətrafında işğal edilmiş rayonları da öz əraziləri kimi qəbul etməyə başladı. Bu da istənilən ərazinin qaytarılmasının əhali tərəfindən neqativ qarşılanmasına səbəb ola bilər. Əgər belə təbliğat dayandırılsa və əhali arasında münaqişənin nizama salınması nəticəsində sərhədlərin açılacağı, sosial-iqtisadi həyatın yaxşılaşacağı haqda fikirlər yayılsa, onda insanların mövqeyi də dəyişə bilər. Lakin biz görürük ki, Paşinyanın gəlişi ilə heç nə dəyişmədi. Rəsmi İrəvan əhalinin sülhə hazırlığı ilə bağlı təkliflərlə razılaşır, amma faktiki olaraq, bunun üçün heç nə etmir. Bir dəfə əsirlər dəyişdirildi, bir dəfə jurnalistlərin səfərləri təşkil olundu. Sonra heç nə etmədilər. Ermənistan hamını, hətta vasitəçiləri belə barmağına dolayır. Paşinyan sözdə başqa şey danışır, əməldə başqa şey edir. Onlar Azərbaycanı təcavüzkar tərəf kimi göstərmək istəyirlər, halbuki, məhz Ermənistan təcavüzkardır”.

Rusiyalı ekspert hesab edir ki, Ermənistanda xalq blokadadan çıxmaq, iqtisadi inkişafa nail olmaq istəyir.

“Qızğın təbliğat aparılarsa, ermənilər Azərbaycanla dialoqa da hazır olar. Lakin yenə də Paşinyan üçün çətin olacağını hiss edirəm. Onlar anlayır ki, Qarabağ ətrafındakı 7 rayonu Azərbaycana qaytarmalıdırlar. Bunu etmirlər, amma İrəvanın siyasətindən Ermənistan əhalisi əzab çəkir. Gec-tez bu rayonları qaytaracaqlar. Ermənistan daxilində Paşinyanın mövqeləri çətin ki, uzun müddət sabit qalsın. Onun altındakı stul çoxdan tərpənir və sonu yaxınlaşır. Ermənistanda xalq çətin vəziyyətdədir. Bu ölkədə insanlar yoxsul idilər, amma məlum olur ki, zaman keçdikcə, onlar daha da kasıblaşır. Paşinyan xalqa iqtisadi inqilab sözünü verdi, amma edə bilmədi. Fikrimcə, Paşinyanın hakimiyyətdə uzun müddət qalması çətindir və Ermənistanın başqa rəhbərliyi Azərbaycanla dialoqa daha yaxın olacaq və Minsk qrupunu aldatmayacaq”, - V.Arkov bildirib.шаблоны для dle 11.2

Digər xəbərlər

Ermənistan ordusu Gədəbəyin kəndləri istiqamətində təxribat törətdi
Sistemli şəkildə islahat aparmağa ehtiyacımız var
60 gün müddətinə,..
“Qış gələndə hamı yenidən evdə oturacaq”
Bu əmanətlər vətəndaşlara geri qaytarılacaq
Bakıda iki oğlanın nişanı oldu
Dünya birjalarında neftin son qiyməti
Azərbaycanlı həkim İstanbulda koronavirusdan vəfat etdi
Koronavirusla bağlı yanlış məlumat yayan 10 nəfər həbs edilib
Prezident və xanımı AÇILIŞDA
Azərbaycanda xüsusi karantin rejimi yenidən sərtləşdirilə bilər
İran ordusu öz gəmisini bombaladı
Generalın həbs olunan qardaşı azadlığa çıxdı
Azərbaycanda maska və spirt monopoliyasını kim yaradır?
Azərbaycanda daha 30 nəfər koronavirusa yoluxdu, 41 nəfər sağaldı
Mütəxəssislərdən xəbərdarlıq
190 manatı ala bilməyənlərin nəzərinə
Gənclər yeni idarəetmə təfəkkürünün daşıyıcılarıdır
Karantin rejimi mayın 11-dən yumşaldıla bilər
Afaq Bəşirqızını güllələmək istəyiblər
Vilayət Eyvazov idarə rəislərinə tapşırıqlar verdi
Koronavirusun təcili müalicəsi vacibdir
Bütün gözlər Milli Məclisə dikilib
Baş nazir parlamentə hesabat verir
Bəs keçmiş başçıların sərvəti niyə araşdırılmır?..
Hər bir vətəndaş tam əmindir ki, Prezident daim onun yanındadır
Karantində olan şəxslər etiraz aksiyası keçirib
İşıq limiti nə vaxtdan artırılır?
Kürün sahilində yeyib-içən 19 nəfər saxlanıldı, 2 nəfər...
KİVDF-nin yeni sədri jurnalistlərin üçüncü binasında oldu