Son dəqiqə
19-05-2020, 13:50
108

Onlar məktəbli olduğu zaman narkotikdən istifadəyə cəlb edilən şəxslərdir - Deputat

Onlar məktəbli olduğu zaman narkotikdən istifadəyə cəlb edilən şəxslərdir
Biz bu məruzəni kafi qiymətləndirə bilərik. Doğrudan da insan alverinə qarşı mübarizə istiqamətində ciddi işlər görülür. Mən sadəcə olaraq bir neçə məsələni hörmətli Seyfulla müəllimin nəzərinə çatdırmaq istərdim.

Xezer.org xəbər verir ki, bu fikirləri deputat Qüdrət Həsənquliyev Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı haqqında danışarkən deyib.

Q. Həsənquliyev bildirib ki, Daxili İşlər naziri hörmətli Vilayət Eyvazov nazir müavini olduğu zaman ona telefon açaraq bildirib ki, məktəblərin ətrafında şagirdlərə sulu qəlyan çəkilməsinə şərait yaradılır:

“Bundan sonra həqiqətən də məsələyə ciddi yanaşıldı, reydlər keçirildi. Sonradan mətbuatda oxudum ki, çoxlu sayda kafe sahibləri qanunvericiliyə uyğun olaraq cəzalandırılıb”.

Deputat əlavə edib ki, uzun müddətdir məsələ qaldırır ki, Reklam haqqında qanun pozulur, məktəblərin ətrafında tütün məmulatları satılır: “Bununla bağlı Baş prokurora, Dövlət Reklam Agentliyinə sorğular göndərdim. İndi də məsələni Daxili İşlər Nazirliyi qarşısında qaldırıram. Siz də küçələrdən keçərkən görürsünüz ki, köşklərdə şüşə arxasında rahat formada tütün məmulatları satılır. Siz deyə bilərsiniz ki, bu məsələnin insan alverinə qarşı mübarizəyə nə aidiyyəti var. Fikrimcə, birbaşa əlaqəlidir. Siz, cinsi istismara məruz qalan qızların həyatına diqqət etsəniz görərsiniz ki, onlar məktəbli olduğu zaman siqaret çəkməyə, narkotikdən istifadəyə cəlb edilən şəxslərdir. Seyfulla müəllim, bu cinayətlərin profilaktikasından danışdı. Həqiqətən bu istiqamətdə böyük işlər görülür. Amma ən mühüm işlərdən biri budur. Hazırda korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Amma çalışmalıyıq elə görüntü yaranmamalıdır ki, məsləhət bilindiyi halda qanunları tətbiq edirik. Başqa vaxt isə tətbiq etmirik. Dəfələrlə mən, Qənirə xanım, digər həmkarlarım burada məsələ qaldırmışıq ki, məktəblərin yanında tütün məmulatları satılır. Amma bu istiqamətdə heç bir tədbir görülmür. Çox istərdim ki, özünüzün tədbir gömək imkanınız olmasa da, bu məsələni cənab Prezidentə, hörmətli Mehriban xanıma çatdırasınız, bəlkə onlar bu istiqamətdə tapşırıqlar verər”.

Qüdrət Həsənquliyev daha sonra bildirib ki, cari məsələlərin müzakirəsi zamanı çıxışa yazılmağı çatdırmadığı üçün bir vacib məsələni qaldırmaq niyyətindədir: “Mən güc strukturlarının birgə fəaliyyət göstərdiyini bilirəm və ona görə də bu məqama toxunuram. Bilirik ki, hazırda Müdafiə Nazirliyi tərəfindən bütün qoşun birləşmələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Və bu Ermənistanda ciddi həyəcan yaradıb. Amma bundan əvvəlki təlimlər zamanı da biz gördük ki, təlimlər haqqında mətbuata yalnız o görüntülər verilir ki, hərbi avtomobillər, texnika sıra ilə hərəkət edir. Ancaq biz onsuz da, həmin texnikanın sıra ilə hərəkət etməsini cənab Prezidentin iştirakı ilə paradlarda görürük. Bizə lazımdır ki, müasir texnikadan bizim zabitlərin necə istifadə etdiyinin, hədəflərin peşəkarcasına vurulmasının görüntüsü yaradılsın. Bunun ermənilərə təsiri daha geniş ola bilər. Hesab edirəm ki, bu fikirlərim nəzərə alınacaq”.шаблоны для dle 11.2

Digər xəbərlər

“Qış gələndə hamı yenidən evdə oturacaq”
Azərbaycanda karantin qaydaları daha da sərtləşdirilə bilər
“Hərarəti olan məhkumlar daxili karantinə götürülüb”
TƏBİB-dən koronavirusla bağlı AÇIQLAMA
Səhiyyə Nazirliyinin “boz kordinal”ının başı dərddə
Prezidentin inamlı və aydın mesajları insanlarımızın gələcəyə ümidini artırdı
BNA koronavirusla mübarizədə həmrəylik çağırışı etdi
Cəlilabad Mərkəzi Xəstəxanasında tibb işçiləri koronavirusa yoluxub?
göz yaşında qovrulan Zaur Baxşəliyevə
COVID-19-u məhv edən ilk vaksin hazırlandı
İlham Əliyev fərman imzaladı
Prezidetin yüksək vəzifə verdiyi məmurla bağlı məlumat
Deputatlar koronavirusla mübarizə aparanlara belə dəstək oldular
MM-in komitə iclaslarının videokonfrans vasitəsilə keçirilməsi təsdiqləndi
rəsmilər təhlükə siqnalı çalır
“Pul verib vəzifəyə gələn adam...“
Bu ailələr də ünvanlı sosial yardım ala biləcək
Ramiz Mehdiyevi Çingizxanla müqayisə edən yazı istefaya səbəb oldu
“Kəsiri olan 4-cü kurs tələbələrinə güzəşt edilsin”
Həbs növbəsi “iqtidarı biabır edən”lərin himayəçilərinə çatır…
Karantin qaydalarına zidd olan icazələrin ləğvinə başlanıldı
Əhmədzadənin dövlətdən yeyib, qıraqda gəzən şəriki niyə üzə çıxmır?
Azərbaycanda koronavirusa yoluxmuş şəxslərlə bağlı sevindirici xəbər
Bakıda məşhur bazarda əməliyyat
Nazirə 22 milyon dollar rüşvət verən iş adamı həbs olundu
56 min 989 ölüm
Elnur Məmmədov yeni vəzifəyə təyin edildi
O, toxunulmazdır?
Telefonlardan foto və videolar niyə silinir?