Son dəqiqə
20-05-2020, 15:04
1 333

Gənclər yeni idarəetmə təfəkkürünün daşıyıcılarıdır - Deputat

Gənclər yeni idarəetmə təfəkkürünün daşıyıcılarıdır
“Bu gün dünyada baş verən sosial-iqtisadi kataklizmlər kontekstində dövlətlərin sosial siyasəti və sosial təşəbbüsləri bir növ sınaq mərhələsindən keçir”.

Bunu publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, pandemiya və sonrakı dövrdə ayrı-ayrı ölkələrin fərqli təcrübəsi meydana çıxıb: “Ancaq heç də bunların hamısı uğurlu təcrübə hesab edilmir. Bu baxımdan Azərbaycan hökumətinin həyata keçirdiyi sosial siyasət ən nümunəvi təcrübə və təşəbbüslərdən biri hesab edilə bilər. Bu siyasətin başlıca istiqamətini isə Prezident İlham Əliyevin irəli sürdüyü “bizim siyasətimizin əsasında Azərbaycan vətəndaşının rifahı dayanır” prinsipi təşkil edir. Ona görə də əhalinin sosial rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində mütəmadi olaraq işlər görülür. Nəticədə bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sistemi formalaşdırıb. İcra olunan sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir".

H.Babaoğlu qeyd edib ki, DOST Agentliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir:
“Yeni açılan 3 saylı DOST mərkəzi paytaxtın Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinə xidmət göstərməklə vətəndaş məmnunluğunu artıracaq, sosial siyasətin həyata keçirilməsini asanlaşdıraraq, innovativ mexanizm rolunu oynayacaq. Mərkəzdə əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, övladlığa götürmə, əlillik, əmək və məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza Komissiyasının xidmətləri göstəriləcək. Burada 130 nəfərdən çox işçi və “Könüllü DOST” proqramı üzrə 50 könüllü çalışacaq. Mərkəz gün ərzində 500, il ərzində isə ümumilikdə 150 mindən artıq vətəndaş qəbul edə biləcək. Göründüyü kimi bu mərkəzlərin sosial xidmət funksiyaları ilə yanaşı digər başqa əhəmiyyətli istiqamətləri də var. Həmin mərkəzlərin iş yeri rolunu oynamaları, könüllülük prinsipi əsasında kadr hazırlığı funksiyasına da töhfə verəcək. Bu kadrların əksəriyyətini isə gənclər təşkil edir. Çünki gənclər yeni texnologiyaların idarəolunması peşəkarlığına sahib olmaqla yanaşı, həm də yeni idarəetmə təfəkkürünün daşıyıcılarıdır.

Təsadüfi deyil ki, Prezident İham Əliyev məhz bu məsələrə diqqət çəkərək bildirdi ki, bu gün bizim gənclərimiz ən yüksək meyarlara cavab verirlər - bilik, peşəkarlıq, yenilik və müasirlik. Eyni zamanda gənclər xoşagəlməz hallara qarşı da mübarizədə bizə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda vətənpərvərliyi müstəqilliyimizi daim gücləndirəcək, ölkəmizin uzun illər dayanıqlı inkişafını təmin edəcək. Göründüyü kimi yeni DOST mərkəzinin açılması təkcə sosial xidmətlər həyata keçirən qurumun açılışı deyil. Eyni zamanda ölkəmizdə həyata keçirilən islahatlar kontekstində gənc peşəkarların idarəetməyə cəlb edilməsidir”.шаблоны для dle 11.2

Digər xəbərlər

Ermənistan ordusu Gədəbəyin kəndləri istiqamətində təxribat törətdi
Sistemli şəkildə islahat aparmağa ehtiyacımız var
60 gün müddətinə,..
“Qış gələndə hamı yenidən evdə oturacaq”
Bu əmanətlər vətəndaşlara geri qaytarılacaq
Bakıda iki oğlanın nişanı oldu
Dünya birjalarında neftin son qiyməti
Azərbaycanlı həkim İstanbulda koronavirusdan vəfat etdi
Koronavirusla bağlı yanlış məlumat yayan 10 nəfər həbs edilib
Prezident və xanımı AÇILIŞDA
Azərbaycanda xüsusi karantin rejimi yenidən sərtləşdirilə bilər
İran ordusu öz gəmisini bombaladı
Generalın həbs olunan qardaşı azadlığa çıxdı
Azərbaycanda maska və spirt monopoliyasını kim yaradır?
Azərbaycanda daha 30 nəfər koronavirusa yoluxdu, 41 nəfər sağaldı
Mütəxəssislərdən xəbərdarlıq
190 manatı ala bilməyənlərin nəzərinə
Gənclər yeni idarəetmə təfəkkürünün daşıyıcılarıdır
Karantin rejimi mayın 11-dən yumşaldıla bilər
Afaq Bəşirqızını güllələmək istəyiblər
Vilayət Eyvazov idarə rəislərinə tapşırıqlar verdi
Koronavirusun təcili müalicəsi vacibdir
Bütün gözlər Milli Məclisə dikilib
Baş nazir parlamentə hesabat verir
Bəs keçmiş başçıların sərvəti niyə araşdırılmır?..
Hər bir vətəndaş tam əmindir ki, Prezident daim onun yanındadır
Karantində olan şəxslər etiraz aksiyası keçirib
İşıq limiti nə vaxtdan artırılır?
Kürün sahilində yeyib-içən 19 nəfər saxlanıldı, 2 nəfər...
KİVDF-nin yeni sədri jurnalistlərin üçüncü binasında oldu