Son dəqiqə
30-05-2020, 17:47
2 228

Dövlət komitəsindən zorakılığa məruz qalan uşaqla bağlı açıqlama

Dövlət komitəsindən zorakılığa məruz qalan uşaqla bağlı açıqlama
“Atası tərəfindən şiddət görən 11 yaşlı uşağın hüquqları qanunvericiliyin normalarına uyğun qorunacaq”.

Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumatda qeyd olunub.

Bildirilib ki, Suraxanı rayonunda atası tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı dərhal ərazi üzrə İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya ilə əlaqə saxlanılıb:

“Komissiyadan əldə etdiyimiz məlumata görə, sözügedən ailə problemli kimi qeydiyyatdadır. Uşaqlar isə internat evində təhsil alır və orada yaşayır. Sadəcə olaraq karantin dövrü ilə əlaqədar uşaqlar evə buraxılıb. Ata narkotik istifadəçisidir və bu, ilk zorakılıq faktı deyil. Həmin şəxs artıq dəfələrlə uşaqlara zorakılıq tətbiq edib, bu, onun tərbiyə üsuludur. Bununla əlaqədar ailənin böyük övladı hazırda onlarla deyil, rayonda yaxın qohumlarının yanında yaşayır.

Digər iki uşaq isə valideynlərinin yanındadır. Zorakılığa məruz qalan uşaqla bağlı Təcili Tibbi Yardım tərəfindən lazımi tibbi yardımlar görülüb. Həmçinin, Suraxanı Rayon İcra Hakimiyyəti ana və uşaqları təhlükəsiz yerə yerləşdirib. Uşaqların anası isə boşanma ilə bağlı məhkəməyə müraciət edib. Proses artıq məhkəmənin icraatındadır”.

Komitədən verilən məlumatda o da qeyd olunub ki, ata ilə bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən lazımi tədbirlər görülüb:

“İcra Hakimiyyətinin psixoloqu, eləcə də Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının katibinin müşayiəti ilə ana və uşaqlar Suraxanı Rayon Polis İdarəsində ifadə veriblər. Məsələ ətraflı şəkildə araşdırılır. Bəzən valideynlər zorakılığı, şiddəti tərbiyə üsulu kimi görür. Lakin bu, yolverilməzdir. Ölkəmizdə yetkinlik yaşına çatmayan uşaqların hüquqları qanunvericiliyin normalarına uyğun müdafiə olunur.

Bu kimi hallar müşahidə edilən zaman dərhal İcra Hakimiyyəti yanında fəaliyyət göstərən komissiyaya, polisə müraciət etməlidirlər. Valideynlər uşaqların müəyyən yaşa qədər təlim-tərbiyəsinə məsuliyyət daşıyırlar. Lakin unutmasınlar ki, bu prosesə dövlət tərəfindən ciddi nəzarət olunur. Aşkarlanan bu cür faktlar isə araşdırıldıqdan sonra məsələyə hüquqi qiymət veriləcək”.шаблоны для dle 11.2

Digər xəbərlər

Ermənistan ordusu Gədəbəyin kəndləri istiqamətində təxribat törətdi
Sistemli şəkildə islahat aparmağa ehtiyacımız var
60 gün müddətinə,..
“Qış gələndə hamı yenidən evdə oturacaq”
Bu əmanətlər vətəndaşlara geri qaytarılacaq
Bakıda iki oğlanın nişanı oldu
Dünya birjalarında neftin son qiyməti
Azərbaycanlı həkim İstanbulda koronavirusdan vəfat etdi
Koronavirusla bağlı yanlış məlumat yayan 10 nəfər həbs edilib
Prezident və xanımı AÇILIŞDA
Azərbaycanda xüsusi karantin rejimi yenidən sərtləşdirilə bilər
İran ordusu öz gəmisini bombaladı
Generalın həbs olunan qardaşı azadlığa çıxdı
Azərbaycanda maska və spirt monopoliyasını kim yaradır?
Azərbaycanda daha 30 nəfər koronavirusa yoluxdu, 41 nəfər sağaldı
Mütəxəssislərdən xəbərdarlıq
190 manatı ala bilməyənlərin nəzərinə
Gənclər yeni idarəetmə təfəkkürünün daşıyıcılarıdır
Karantin rejimi mayın 11-dən yumşaldıla bilər
Afaq Bəşirqızını güllələmək istəyiblər
Vilayət Eyvazov idarə rəislərinə tapşırıqlar verdi
Koronavirusun təcili müalicəsi vacibdir
Bütün gözlər Milli Məclisə dikilib
Baş nazir parlamentə hesabat verir
Bəs keçmiş başçıların sərvəti niyə araşdırılmır?..
Hər bir vətəndaş tam əmindir ki, Prezident daim onun yanındadır
Karantində olan şəxslər etiraz aksiyası keçirib
İşıq limiti nə vaxtdan artırılır?
Kürün sahilində yeyib-içən 19 nəfər saxlanıldı, 2 nəfər...
KİVDF-nin yeni sədri jurnalistlərin üçüncü binasında oldu