Son dəqiqə
18-05-2020, 19:15
97

Dünyada hər gün 150 min adam ölür – Ən çox can alan xəstəliklər + ARAŞDIRMA

Dünyada hər gün 150 min adam ölür
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 100 mindən çox artaraq 4,5 milyonu, ölüm hallarının sayı isə 5 min nəfərə yaxın artaraq 307 mini keçib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Xezer.org xəbər verir ki, hazırda dünyada 4 milyon 525 min 497 yoluxma və 307 min 395 ölüm faktı qeydə alınıb. Koronavirusun dünyanı cənginə alması insanlarda fərqli fikirlər formalaşdırmağa başlayıb. Belə ki, artıq əksəriyyət bu virusa ən çox can alan xəstəlik kimi baxır.

Lakin tarixə nəzər saldıqda, ətraflı araşdırma apardıqda görürük ki, digər xəstəliklər səbəbilə ölənlərin sayı da heç də az deyil. Hətta gündəlik ölüm səbəblərinə nəzər saldıqda bəzi xəstəliklərin COVİD-19-dan daha çox insan ölümünə səbəb olduğu müəyyənləşib. 2017-ci ildə dərc edilmiş son geniş araşdırmaya əsasən, dünyada gündəlik təqribən 150.000 insan həyatını itirir. Ürək-damar xəstəlikləri dünya miqyasında ən böyük ölüm səbəbidir. Lakin o, nə ölüm haqqında təsəvvürlərimizdə, nə də mediada əks olunmur. HİV / AİDS-dən ölənlərin sayı 2004-cü ildə ən yüksək həddə çatsa da, bu gün də bir çox insana təsir göstərir. Xəstəlik gündəlik orta hesabla 2600-dən çox insanın ölümünə səbəb olur.

Bildirək ki, ən az ölümə səbəb olanlar arasında terrorizm və təbii fəlakətlər əsas yer tutur. Onların səbəb olduğu ölümlərin faizi gündən-günə və ildən-ilə, yəni vəziyyətin şiddətindən asılı olaraq dəyişə bilir.

Araşdırmalarımız zamanı məlum oldu ki, hər gün təxminən 48 min 742 nəfər ürək damar xəstəliyindən ölür. Xərçəng xəstəliyi isə günlük 26 min 181 can alır. Respirator xəstəlikləri də mühim ölüm səbəblərindəndir. Belə ki, gündəlik təxminən 10 min 724 nəfərin ölüm səbəbidir. Daha zəif respirator xəstəliklərindən ölənlər isə 7 min 10 nəfərdir. Demans xəstəliyi isə 6 min 889 nəfərin ölümündə rol oynayır. Həzm sistemi xəstəlikləri isə ölüm səbəbkarı olaraq 6-cı sırada dayanır. Çünki gündəlik 6 min 514 nəfər bu xəstəlik ucbatından vəfat edir. Neonatal pozğunluq isə 4 min 887 ölümün səbəbidir. İshal xəstəliyindən ölənlər də az deyil. Gündəlik 4 min 300 nəfər həmin xəstəlikdən ölür. Şəkər xəstəliyi ən çox ölümə səbəb olan 10 xəstəlik arasında 3 min 753 nəfərlə 9-cu sırada dayanır. Qaraciyər xəstəlikləri isə 3 min 624 nəfərin ölümünə səbəb olaraq 10-cu yerin sahibidir.

Xatırladaq ki, ÜST tərəfindən 11 Mart 2020-ci ildə COVID-19 pandemiya elan edildi və gündəlik ölüm sayının 272 ilə 10.520 arasında dəyişdiyi diqqətə çatdırıldı. Həmçinin gələcəkdə nəyin baş verə biləcəyi haqqında məlumat verilmədi. COVID-19-un həqiqi ölüm sayını bilmək mümkün olmasa da, bəzi ölkələrdə gündəlik ölümlərin orta həcmdən 50% yüksək olduğu hesab edilir. Daha dəqiq bir COVID-19 ölüm sayını təyin etmək üçün vaxt və əlavə təhlil tələb olunacaq. Lakin fakt budur ki, yuxarıda göstərilən ölüm nisbətlərinin çoxu daha böyük və ardıcıl informasiyaya əsaslanır. /Yenisabah.azшаблоны для dle 11.2

Digər xəbərlər

“Qış gələndə hamı yenidən evdə oturacaq”
Azərbaycanda karantin qaydaları daha da sərtləşdirilə bilər
“Hərarəti olan məhkumlar daxili karantinə götürülüb”
TƏBİB-dən koronavirusla bağlı AÇIQLAMA
Səhiyyə Nazirliyinin “boz kordinal”ının başı dərddə
Prezidentin inamlı və aydın mesajları insanlarımızın gələcəyə ümidini artırdı
BNA koronavirusla mübarizədə həmrəylik çağırışı etdi
Cəlilabad Mərkəzi Xəstəxanasında tibb işçiləri koronavirusa yoluxub?
göz yaşında qovrulan Zaur Baxşəliyevə
COVID-19-u məhv edən ilk vaksin hazırlandı
İlham Əliyev fərman imzaladı
Prezidetin yüksək vəzifə verdiyi məmurla bağlı məlumat
Deputatlar koronavirusla mübarizə aparanlara belə dəstək oldular
MM-in komitə iclaslarının videokonfrans vasitəsilə keçirilməsi təsdiqləndi
rəsmilər təhlükə siqnalı çalır
“Pul verib vəzifəyə gələn adam...“
Bu ailələr də ünvanlı sosial yardım ala biləcək
Ramiz Mehdiyevi Çingizxanla müqayisə edən yazı istefaya səbəb oldu
“Kəsiri olan 4-cü kurs tələbələrinə güzəşt edilsin”
Həbs növbəsi “iqtidarı biabır edən”lərin himayəçilərinə çatır…
Karantin qaydalarına zidd olan icazələrin ləğvinə başlanıldı
Əhmədzadənin dövlətdən yeyib, qıraqda gəzən şəriki niyə üzə çıxmır?
Azərbaycanda koronavirusa yoluxmuş şəxslərlə bağlı sevindirici xəbər
Bakıda məşhur bazarda əməliyyat
Nazirə 22 milyon dollar rüşvət verən iş adamı həbs olundu
56 min 989 ölüm
Elnur Məmmədov yeni vəzifəyə təyin edildi
O, toxunulmazdır?
Telefonlardan foto və videolar niyə silinir?