Son dəqiqə
30-05-2020, 18:00
2 296

DİN: "Bu gün Azərbaycanda heç kim əsassız yerə həbs olunmur..."

"Bu gün Azərbaycanda heç kim əsassız yerə həbs olunmur..."
Mayın 29-da Qaradağ Rayon Məhkəməsi AXCP fəalı Ruslan Əmirovu 15 günlük inzibati həbs cəzasına məhkum edib. Partiyadan bildiriblər ki, R.Əmirov saxta, siyasi motivli ittihamla həbs edilib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bu gün Azərbaycanda heç kəs əsassız yerə həbs olunmur:

“Qanun qarşısında hamı bərabərdir. Kimliyindən, partiya mənsubiyyətindən, siyasi baxışından asılı olmayaraq hamı qanunlara əməl etməlidir. O ki qaldı vətəndaş Əmirov Ruslan Təhməz oğlunun inzibati qaydada həbs edilməsinə, burda heç bir saxta və ya siyasi motivdən söhbət gedə bilməz. Bu adam doğulduğu Masallı rayonunun Eminli kəndində daimi qeydiyyatdadır. Xüsusi karantin rejiminin tələblərinə görə rayon qeydiyyatında olan vətəndaşlarımızın Bakıya girişi məhdudlaşdırılıb. R.Əmirov bunu bilə-bilə Masallıdan Bakıya gəlib. Lakin Bakı-Ələt-Astara yolunun 65-ci km-də quraşdırılmış polis postunda hamı kimi ondan da sənəd təqdim etmək tələb olunub. R.Əmirov qeydiyyatının Bakıya olmadığı üçün sənəd təqdim etməkdən imtina edib.

Polislər xüsusi texniki vasitənin köməyi ilə onun qeydiyyatının Bakıya aid olmadığını müəyyən ediblər. Bundan sonra o polisin qanuni tələbinə qəsdən və bilərəkdən tabe olmadığına görə saxlanılaraq məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə inzibati qaydada 15 sutkalıq həbs olunub. Göründüyü kimi, Ruslan Əmirovun inzibati qaydada həbsi tam qanunidir”.шаблоны для dle 11.2

Digər xəbərlər

Ermənistan ordusu Gədəbəyin kəndləri istiqamətində təxribat törətdi
Sistemli şəkildə islahat aparmağa ehtiyacımız var
60 gün müddətinə,..
“Qış gələndə hamı yenidən evdə oturacaq”
Bu əmanətlər vətəndaşlara geri qaytarılacaq
Bakıda iki oğlanın nişanı oldu
Dünya birjalarında neftin son qiyməti
Azərbaycanlı həkim İstanbulda koronavirusdan vəfat etdi
Koronavirusla bağlı yanlış məlumat yayan 10 nəfər həbs edilib
Prezident və xanımı AÇILIŞDA
Azərbaycanda xüsusi karantin rejimi yenidən sərtləşdirilə bilər
İran ordusu öz gəmisini bombaladı
Generalın həbs olunan qardaşı azadlığa çıxdı
Azərbaycanda maska və spirt monopoliyasını kim yaradır?
Azərbaycanda daha 30 nəfər koronavirusa yoluxdu, 41 nəfər sağaldı
Mütəxəssislərdən xəbərdarlıq
190 manatı ala bilməyənlərin nəzərinə
Gənclər yeni idarəetmə təfəkkürünün daşıyıcılarıdır
Karantin rejimi mayın 11-dən yumşaldıla bilər
Afaq Bəşirqızını güllələmək istəyiblər
Vilayət Eyvazov idarə rəislərinə tapşırıqlar verdi
Koronavirusun təcili müalicəsi vacibdir
Bütün gözlər Milli Məclisə dikilib
Baş nazir parlamentə hesabat verir
Bəs keçmiş başçıların sərvəti niyə araşdırılmır?..
Hər bir vətəndaş tam əmindir ki, Prezident daim onun yanındadır
Karantində olan şəxslər etiraz aksiyası keçirib
İşıq limiti nə vaxtdan artırılır?
Kürün sahilində yeyib-içən 19 nəfər saxlanıldı, 2 nəfər...
KİVDF-nin yeni sədri jurnalistlərin üçüncü binasında oldu