Son dəqiqə
13-05-2020, 13:29
93

“Qaçqınkom”un 3.8 milyonluq tenderi: Qalib şirkət haqda maraqlı məlumatlar

Qalib şirkət haqda maraqlı məlumatlar
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Bakinşaat Group” MMC ilə maliyyə dəyəri 3 801 400.68 AZN olan müqavilə imzalayıb.

Xezer.org xəbər verir ki, müqaviləyə əsasən MMC Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 280 yerlik uşaq bağçasının tikintisini həyata keçirməlidir.

Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, “Bakişaat Group” MMC 10 may 2004-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 120 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti, ev 110-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Məmmədov Elşad Sabir oğludur.

Elşad Məmmədovun adına 2016-cı ildə Vergilər Nazirliyinin yaydığı vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulanların siyahısında rast gəlinir. Bununla bağlı Elşad Məmmədovla nazirlik arasında məhkəmə çəkişməsi də olub. Nazirlik birinci instansiya məhkəməsini udduğuna görə sahibkar Apellyasiya Məhkəməsinə müraciət edib. Açıq mənbələrdə məhkəmənin perspektivi ilə bağlı hər hansı məlumat yoxdur. Yeri gəlmişkən, həmin vaxt Elşad Məmmədov “Bakinşaat Bərpa” MMC-nin təmsilçisi olub.

Araşdırmalarımız zamanı o da aydın olub ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu vaxtaşırı “Bakinşaat Group”a müraciət edib. Təkcə 12 dekabr 2019-cu ildən 13 mart 2020-ci ilə qədər Fondla şirkət arasında ümumi maliyyə dəyəri 11 milyon civarında olan Abşeron və Qaradağ rayonlarında məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli binaların və uşaq bağçasının tikintisini nəzərdə tutan 3 müqavilə imzalanıb. Az sonra yəni, 8 may 2020-ci il tarixdə Fondla MMC arasında dəyəri 4 milyon AZN-ə yaxın olan növbəti müqavilənin imzalanması tenderin şəffaflığına şübhələri artırır.

Fond mayın 8-də “Azertikinti-M” MMC ilə də dəyəri 1 055 244.39 AZN olan bir müqavilə imzalayıb. Müqavilədə Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində klub-icma mərkəzinin və inzibati binasının tikintisi nəzərdə tutulur.

Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, “Azertikinti-M” MMC 05 mart 2010-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Həsən Salmani küçəsi, ev 5/7, mənzil 9-da yerləşən şirkətin qanuni təmsilçisi Orucov Araz Almaz oğludur.

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə əlavə məlumat yoxdur./Yenisabah.azшаблоны для dle 11.2

Digər xəbərlər

“Qış gələndə hamı yenidən evdə oturacaq”
Azərbaycanda karantin qaydaları daha da sərtləşdirilə bilər
“Hərarəti olan məhkumlar daxili karantinə götürülüb”
TƏBİB-dən koronavirusla bağlı AÇIQLAMA
Səhiyyə Nazirliyinin “boz kordinal”ının başı dərddə
Prezidentin inamlı və aydın mesajları insanlarımızın gələcəyə ümidini artırdı
BNA koronavirusla mübarizədə həmrəylik çağırışı etdi
Cəlilabad Mərkəzi Xəstəxanasında tibb işçiləri koronavirusa yoluxub?
göz yaşında qovrulan Zaur Baxşəliyevə
COVID-19-u məhv edən ilk vaksin hazırlandı
İlham Əliyev fərman imzaladı
Prezidetin yüksək vəzifə verdiyi məmurla bağlı məlumat
Deputatlar koronavirusla mübarizə aparanlara belə dəstək oldular
MM-in komitə iclaslarının videokonfrans vasitəsilə keçirilməsi təsdiqləndi
rəsmilər təhlükə siqnalı çalır
“Pul verib vəzifəyə gələn adam...“
Bu ailələr də ünvanlı sosial yardım ala biləcək
Ramiz Mehdiyevi Çingizxanla müqayisə edən yazı istefaya səbəb oldu
“Kəsiri olan 4-cü kurs tələbələrinə güzəşt edilsin”
Həbs növbəsi “iqtidarı biabır edən”lərin himayəçilərinə çatır…
Karantin qaydalarına zidd olan icazələrin ləğvinə başlanıldı
Əhmədzadənin dövlətdən yeyib, qıraqda gəzən şəriki niyə üzə çıxmır?
Azərbaycanda koronavirusa yoluxmuş şəxslərlə bağlı sevindirici xəbər
Bakıda məşhur bazarda əməliyyat
Nazirə 22 milyon dollar rüşvət verən iş adamı həbs olundu
56 min 989 ölüm
Elnur Məmmədov yeni vəzifəyə təyin edildi
O, toxunulmazdır?
Telefonlardan foto və videolar niyə silinir?