Son dəqiqə
13-05-2020, 16:41
99

Keçmiş nazirin bankında 88 faizlik problemli kredit

Keçmiş nazirin bankında 88 faizlik problemli kredit
Mərkəzi Bankın sədri Elman Rüstəmov “Əmrahbank”, AtaBank”, “NBCBank” və “AGBank”ın lisenziyalarının ləğvindən danışıb.

Xezer.org xəbər verir ki, Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında həmin bankların sektorda əhəmiyyətli paya malik olmadıqlarını bildirib: “Bu pay cəmi sektorun aktivlərinin 2,5 faizini təşkil edirdi. Həmin bankların maliyyə vəziyyətində ciddi problemlər var idi”.

Mərkəzi Bankın sədri əlavə edib ki, lisenziyası ləğv edilən dörd bankın maliyyə portfeli də keyfiyyəti qeyri-qənaətbəxş olub:

“Bankların balansında olan ipoteka kreditlərini istisna etsək, bu bankların problemli kreditlərinin həcmi 73 faizdir. “Atabank” ASC-də isə bu faiz 88-ə çatırdı. Banklarda əhalinin 690 milyon manata yaxın əmanətləri var idi. Bunlar üçün belə bir şəraitdə portfelin 3/4-ü işlək deyilsə, təbii ki, ciddi təhdidlər yaranır.

Açıq demək lazımdır ki, banklar bu əmanətləri geri qaytarmaq iqtidarında deyildi. Prezident İlham Əliyev tərəfindən imzalanan əmanətlərin tam sığortalanması haqqında qanunun mövcudluğu imkan verir ki, bağlanan banklarda əhalinin qorunan əmanətləri geri qaytarılsın”.

Məlumat üçün deyək ki, “Əmrahbank” Xətai rayon prokuroru Yusif İldırımzadənin qardaşı Yunis İldırımzadəyə, “AtaBank” keçmiş Vergilər naziri Fazil Məmmədova, “NBCBank” “Nurgün Holdinq”in sahibi Nuru Əliyevə, “AGBank” isə keçmiş deputat Çingiz Əsədullayevə məxsusdur.шаблоны для dle 11.2

Digər xəbərlər

Modern dövlətin “utandırdığı” icra başçıları və ya DTX-nın tapdığı xarici valyuta bağlamaları...
Kriminal aləmdə şok olaylar
Azərbaycanlı iş adamı koronavirusdan öldü
Lider TV-nin bütün əməkdaşları işdən çıxarıldı
Azərbaycanda bu şəxslərin küçəyə çıxması ləğv edilir
Xaçmaz sakini qaynını güllələdi
Azərbaycanda şirkət rəhbəri həbs edildi
“Alimpaşa idi, “xan” oldu, indi də “şahlıq” eşqinə düşüb”
190 manatlıq yardım üçün belə
Nazirə 22 milyon dollar rüşvət verən iş adamı həbs olundu
Minlərlə vətəndaşa ŞAD XƏBƏR
“Marginalların ümumi dəst-xətti budur ki, dövlətin bütün etdikləri səhvdir”
Qərbi Azərbaycan Respublikası yaradıldı
Karantində olan şəxslər etiraz aksiyası keçirib
“190 manat üçün qeydiyyatdan keçən hər kəsə...“
Mixeil Saakaşviliyə Ukraynada vəzifə VERİLDİ
Azərbaycanda karantin nə vaxt bitəcək?
İcra başçılarının nümayəndələri işdən qovulub, cinayət işi açılıb
Koronavirusu ilk dəfə aşkarlayan həkim yoxa çıxdı
Rövşən Rzayev videoqəbul keçirdi
Mehdiyevin, Xanlarovanın ölüm xəbərlərini kim təşkil edir?
Bu qidalar yuxu problemini aradan qaldırır
Metronun yeni stansiyaları nə vaxt açılacaq?
Prezidentdən 12 736 nəfəri sevindirəcək
Parlamentdə bəzi qanunlar qəbul edilib
İkinci koronavirus dalğası gələ bilər
“Deyirlər ki, Ramiz Mehdiyevin kitablarını kimlərsə yazır”