Son dəqiqə
18-05-2020, 16:11
94

Rəisin qardaşının şirkəti İcra Hakimiyyəti ilə 800 minlik müqavilə bağladı

Rəisin qardaşının şirkəti İcra Hakimiyyəti ilə 800 minlik müqavilə bağladı
Qəbələ Rayon İcra Hakimiyyəti “Qəbələ İnşaat” MMC ilə maliyyə dəyəri 848 837.96 AZN təşkil edən 3 müqavilə imzalayıb.

Xezer.org xəbər verir ki, müqavilələrə əsasən MMC yolların, Mənzil Fonduna daxil olan binaların, küçə, səki, park və xiyabanların əsaslı təmirini həyata keçirməlidir.

Vergilər Nazirliyinin reyestr məlumatlarına əsasən “Qəbələ İnşaat” MMC 04 aprel 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 AZN olan “Qəbələ İnşaat”ın hüquqi ünvanı Qəbələ rayonu, Qəbələ şəhəri, M. Mərdanov küçəsi, ev 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Babayev Cavid Füzuli oğludur.

Qəbələ Rayon İcra Hakimiyyətinin tenderlərini əsasən “Qəbələ İnşaat” MMC-nin udması diqqət çəkir. Hələ 2019-cu ildə, yəni yarandığı 1 ildə Qəbələ Rayon İcra Hakimiyyətinin elan etdiyi ümumi məbləği 112 min manat təşkil edən 4 tenderin qalibi olub. Tenderlər və məbləğlərini təqdim edirik:

Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması (Mal-materialların alınması) – 10490 AZN.

Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması – 12973 AZN.

Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması (Mal-materialların alınması) – 39 832 AZN.

Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması – 48194.5 AZN.

Cavid Babayevlə bağlı apardığımız araşdırma zamanı bəlli olub ki, o, Fövqalada Hallar Nazirliyinin (FHN) Şimal Qərb Regional Mərkəzinin rəis müavini Ceyhun Babayevin qardaşıdır. Ceyhun Babayev isə Qəbələnin icra başçısı Səbuhi Abdullayevlə yaxın dostdur. Bu dostluğun əsası Səbuhi Abdullayev FHN sistemində işləyərkən qoyulub. Tenderləri “Qəbələ İnşaat”ın udmasının kökündə bu amil dayana bilər./Yenisabah.azшаблоны для dle 11.2

Digər xəbərlər

“Qış gələndə hamı yenidən evdə oturacaq”
Azərbaycanda karantin qaydaları daha da sərtləşdirilə bilər
“Hərarəti olan məhkumlar daxili karantinə götürülüb”
TƏBİB-dən koronavirusla bağlı AÇIQLAMA
Səhiyyə Nazirliyinin “boz kordinal”ının başı dərddə
Prezidentin inamlı və aydın mesajları insanlarımızın gələcəyə ümidini artırdı
BNA koronavirusla mübarizədə həmrəylik çağırışı etdi
Cəlilabad Mərkəzi Xəstəxanasında tibb işçiləri koronavirusa yoluxub?
göz yaşında qovrulan Zaur Baxşəliyevə
COVID-19-u məhv edən ilk vaksin hazırlandı
İlham Əliyev fərman imzaladı
Prezidetin yüksək vəzifə verdiyi məmurla bağlı məlumat
Deputatlar koronavirusla mübarizə aparanlara belə dəstək oldular
MM-in komitə iclaslarının videokonfrans vasitəsilə keçirilməsi təsdiqləndi
rəsmilər təhlükə siqnalı çalır
“Pul verib vəzifəyə gələn adam...“
Bu ailələr də ünvanlı sosial yardım ala biləcək
Ramiz Mehdiyevi Çingizxanla müqayisə edən yazı istefaya səbəb oldu
“Kəsiri olan 4-cü kurs tələbələrinə güzəşt edilsin”
Həbs növbəsi “iqtidarı biabır edən”lərin himayəçilərinə çatır…
Karantin qaydalarına zidd olan icazələrin ləğvinə başlanıldı
Əhmədzadənin dövlətdən yeyib, qıraqda gəzən şəriki niyə üzə çıxmır?
Azərbaycanda koronavirusa yoluxmuş şəxslərlə bağlı sevindirici xəbər
Bakıda məşhur bazarda əməliyyat
Nazirə 22 milyon dollar rüşvət verən iş adamı həbs olundu
56 min 989 ölüm
Elnur Məmmədov yeni vəzifəyə təyin edildi
O, toxunulmazdır?
Telefonlardan foto və videolar niyə silinir?