Son dəqiqə
18-05-2020, 15:46
85

Əmlak bazarında böyük böhran: Yeni qiymətlər necə olacaq?

 Yeni qiymətlər necə olacaq?
Koronavirus pandemiyasının zərər vurduğu sahələrdən biri də əmlak bazarıdır. Artıq bir neçə aydır ki, bu sahədə də durğunluq müşahidə edilir. Çünki karantin dövründə demək olar ki, ev alıb satmaq kiminsə yadına düşməyib. Lakin artıq karantin qaydaları yumşaldılıb. Yəqin ki, bu, müəyyən qədər əmlak bazarına təsir göstərəcək. Təsirin hansı istiqamətdə olacağı isə hələlik məlum deyil.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən əmlak bazarı üzrə ekspert Rəşad Əliyev bildirib ki, hazırda bazarda aktivlik çox aşağı səviyyədədir:

“Aktivlik aşağı olduqda bazar qiyməti formalaşdıra bilmir. Ev alanlar çox azdır, həmçinin ev satmaqla bağlı fikrini dəyişənlər də var. Yəni karantin dövründə bazar şok vəziyyətinə düşüb deyə bilərik. Qiymətlər atılmış vəziyyətdə qalıb, karantindən qabaq necə idisə, hazırda da elədir, çox cuzi enmələr var”.

Ekspert qeyd edib ki, məntiqə əsasən, qiymətdə kifayət qədər enmə müşahidə etməliydik. Lakin bəzi faktlar buna mane olub:

“Məlumdur ki, karantin dövründə insanlar saatla bayıra çıxırdılar. Qiymətlər aşağı salınsa belə, heç kim gedib kirayə götürməyəcək. Yəni qiymət azaltmağın da bir fərqi olmayacaqdı. Tutaq ki, 400 manata kirayə verilən evin kirayə qiyməti 350 manata salınıb. Kim götürəcəkdi? Ona görə də bu dövrdə nə kirayə verən, nə də götürən oldu.

Həmçinin ev almaq istəyən karantin şərtləri ilə bağlı gedib evə baxa bilmirdi. Bazar donmuş vəziyyətdə idi. Martın ortalarından bugünədək bazarda heç bir dəyişiklik baş verməyib. Əslində, çox böyük dəyişiklik baş verib, sadəcə onları biz heç bir qaydada müşahidə edə bilməzdik”.

Rəşad Əliyev növbəti aylarda əmlak bazarında nə kimi dəyişikliklərin baş verəcəyini də diqqətə çatdırıb:

“Qiymətlərin hansısa bir istiqamətə getməsi üçün bazar aktivləşməlidir. Sözsüz ki, bu şəraitdə qiymətlər ancaq azalmaya doğru gedə bilər. Biz bazarın donu açıldıqdan sonra dəyişiklikləri müşahidə edəcəyik. Bir şeyi də qeyd edim ki, onsuz da hər il bu vaxt kirayə qiymətləri düşməyə başlayırdı, çünki tələbələrin dərsləri bitirdi və rayonlara gedirdilər. Həmçinin iqtisadiyyatda vəziyyət ürəkaçan deyil və yay mövsümü gəlir. Bu mövsümdə biz bağ evlərindən və kiçik torpaq sahələrindən başqa bütün seqmentlər üzrə qiymət enmələrini müşahidə edirik. Bu iki məsələ qiymətlərdə öz əksini tapacaq”.шаблоны для dle 11.2

Digər xəbərlər

“Qış gələndə hamı yenidən evdə oturacaq”
Azərbaycanda karantin qaydaları daha da sərtləşdirilə bilər
“Hərarəti olan məhkumlar daxili karantinə götürülüb”
TƏBİB-dən koronavirusla bağlı AÇIQLAMA
Səhiyyə Nazirliyinin “boz kordinal”ının başı dərddə
Prezidentin inamlı və aydın mesajları insanlarımızın gələcəyə ümidini artırdı
BNA koronavirusla mübarizədə həmrəylik çağırışı etdi
Cəlilabad Mərkəzi Xəstəxanasında tibb işçiləri koronavirusa yoluxub?
göz yaşında qovrulan Zaur Baxşəliyevə
COVID-19-u məhv edən ilk vaksin hazırlandı
İlham Əliyev fərman imzaladı
Prezidetin yüksək vəzifə verdiyi məmurla bağlı məlumat
Deputatlar koronavirusla mübarizə aparanlara belə dəstək oldular
MM-in komitə iclaslarının videokonfrans vasitəsilə keçirilməsi təsdiqləndi
rəsmilər təhlükə siqnalı çalır
“Pul verib vəzifəyə gələn adam...“
Bu ailələr də ünvanlı sosial yardım ala biləcək
Ramiz Mehdiyevi Çingizxanla müqayisə edən yazı istefaya səbəb oldu
“Kəsiri olan 4-cü kurs tələbələrinə güzəşt edilsin”
Həbs növbəsi “iqtidarı biabır edən”lərin himayəçilərinə çatır…
Karantin qaydalarına zidd olan icazələrin ləğvinə başlanıldı
Əhmədzadənin dövlətdən yeyib, qıraqda gəzən şəriki niyə üzə çıxmır?
Azərbaycanda koronavirusa yoluxmuş şəxslərlə bağlı sevindirici xəbər
Bakıda məşhur bazarda əməliyyat
Nazirə 22 milyon dollar rüşvət verən iş adamı həbs olundu
56 min 989 ölüm
Elnur Məmmədov yeni vəzifəyə təyin edildi
O, toxunulmazdır?
Telefonlardan foto və videolar niyə silinir?