Son dəqiqə
20-05-2020, 13:41
1 348

Vilyam Hacıyev müqavimətə başlayıb - KİMƏ ARXAYINDIR?

Vilyam Hacıyev müqavimətə başlayıb
Bundan başqa, tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair ittihamlar yer alır.

V.Hacıyevə verilən ittihamlar ağır olsa da, o, barəsində verilən qərara qarşı açıq etiraz mövqeyi tutub. İndiyədək həbs edilən sabiq icra başçılarından heç biri onlar barəsində çıxarılan həbs qərarına etiraz etməyiblər. Hər halda, belə bir fakt varsa da, mediaya sızmayıb. V. Haciyev isə evindən çıxan paçkalarla pula, rüşvət alması ilə bağlı əməliyyat çəkilişinə rəğmən barəsində hələ məhkəmə qərarı çıxarılanda buna etiraz etmişdi.

Belə ki, V. Hacıyevin barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün istintaq orqanının təqdimatına baxılarkən məhkəmə binasının qarşısında sabiq icra başçısını ailə üzvləri gözləyib. İclas başa çatandan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları V. Hacıyevi məhkəmə binasından çıxarıb, maşına mindirərkən sabiq icra başçısı onu gözləyən ailə üzvlərini görüb. Binadan çıxarılıb maşına mindirilənə qədər bir neçə saniyə ərzində oğluna və həyat yoldaşına bunları deyə bilib: "Hər şey yaxşı olacaq. Bu günlər keçəcək. Haqq yerini tapacaq...” Bunlar istənilən bir adamın əli qandallı olarkən ailə üzvlərinə deyə biləcəyi sözlərdir. Amma V.Hacıyev həmin kateqoriyaya aid təqsirləndirilən şəxs deyil.

Əvvəla, onun suçlu olması ilə bağlı kifayət qədər faktlar toplandıqdan sonra DTX əməliyyat qərarı verib. Yəni faktlar ortadadır. İkincisi, bütün bu görünən sübutlara, tapılan külli miqdarda pullara baxmayaraq, sabiq icra başçısı özünün haqsız yerə cəzalandırıldığını düşünür. Onun "Haqq yerini tapacaq...” sözlərinin başqa izahı yoxdur. Nəhayət, V.Hacıyev bu düşüncəsinin davamı olaraq barəsindəki qərarın dəyişdirilməsini (və ya ləğvini) istəyir. Bu, artıq V.Hacıyevi həbsdə olan digər sabiq məmurlardan fərqləndirir, seçdirir. Bu halda, ortaya çox təbii bir sual çıxır: Vilyam Hacıyev niyə müqavimət göstərir və kimə arxayındır?

Əlbəttə ki, hər bir təqsirləndirilən şəxs barəsindəki qərarlardan şikayət verə bilər və bu, onun istisnasız hüququdur. Amma yenə qeyd edirik ki, söhbət adi həbsdən deyil, Prezidentin birbaşa nəzarətində olan cinayət işindən gedir. V.Hacıyev kimə arxayındır ki, şikayəti verir, suçsuz olduğunu göstərməyə çalışır və sairə... Bu yerdə şəxsən bizim mediaya təqdim edəcək heç bir versiyamız yoxdur. Amma xatırladacaq bir mühüm detal var. Prezident icra başçılarının həbsindən danışarkən onların kimlərinsə köməyinə arxayın olduğunu tez-tez xatırladır. Və dəfələrlə qeyd edir ki, həm həbsdə olanlar, həm bəzi özünü yığışdırmayan məmurlar heç kimə arxayın olmasınlar, çünki heç kimə belə şans verilməyəcək. Bu mənada V.Hacıyevin həbsdən müqavimətinin mənası da qalmır, amma o isə...шаблоны для dle 11.2

Digər xəbərlər

Modern dövlətin “utandırdığı” icra başçıları və ya DTX-nın tapdığı xarici valyuta bağlamaları...
Kriminal aləmdə şok olaylar
Azərbaycanlı iş adamı koronavirusdan öldü
Lider TV-nin bütün əməkdaşları işdən çıxarıldı
Azərbaycanda bu şəxslərin küçəyə çıxması ləğv edilir
Xaçmaz sakini qaynını güllələdi
Azərbaycanda şirkət rəhbəri həbs edildi
“Alimpaşa idi, “xan” oldu, indi də “şahlıq” eşqinə düşüb”
190 manatlıq yardım üçün belə
Nazirə 22 milyon dollar rüşvət verən iş adamı həbs olundu
Minlərlə vətəndaşa ŞAD XƏBƏR
“Marginalların ümumi dəst-xətti budur ki, dövlətin bütün etdikləri səhvdir”
Qərbi Azərbaycan Respublikası yaradıldı
Karantində olan şəxslər etiraz aksiyası keçirib
“190 manat üçün qeydiyyatdan keçən hər kəsə...“
Mixeil Saakaşviliyə Ukraynada vəzifə VERİLDİ
Azərbaycanda karantin nə vaxt bitəcək?
İcra başçılarının nümayəndələri işdən qovulub, cinayət işi açılıb
Koronavirusu ilk dəfə aşkarlayan həkim yoxa çıxdı
Rövşən Rzayev videoqəbul keçirdi
Mehdiyevin, Xanlarovanın ölüm xəbərlərini kim təşkil edir?
Bu qidalar yuxu problemini aradan qaldırır
Metronun yeni stansiyaları nə vaxt açılacaq?
Prezidentdən 12 736 nəfəri sevindirəcək
Parlamentdə bəzi qanunlar qəbul edilib
İkinci koronavirus dalğası gələ bilər
“Deyirlər ki, Ramiz Mehdiyevin kitablarını kimlərsə yazır”