Son dəqiqə
20-05-2020, 15:01
1 280

Azərbaycanda görülməmiş hadisə: "Qaçqınkom" qanunsuz qəsəbə inşa edib - FOTOFAKT

"Qaçqınkom" qanunsuz qəsəbə inşa edib
Prezident İlham Əliyev may ayının 13-də Kəlbəcər rayon İcra Hakimiyyətinin yeni İcra başçısı Azər Qocayevi virtual şəkildə qəbul edərkən, dövlət hesabına tikilən tikintilərdə pozuntuların, mənimsəmələrin olduğunu bildirib.

Xezer.org xəbər verir ki, dövlət hesabına tikilən tikintilərdə qeydə alınan böyük pozuntulardan birinə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu imza atıb.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 29 oktyabr - 4 noyabr 2019-cu il tarixləri arasında tenderin qalibi olan şirkətlərlə 14 müqavilə bağlayıb.

Tenderdə qalib olan şirkətlər Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış 1500 (I mərhələ - 645) məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan evlərin, inzibati binanın, həkim məntəqəsinin, həmçinin məktəblərin tikintisini həyata keçirəcəklər.

Açıqlanan rəsmi məlumatlarda göstərilib ki, "Taxta Körpü" ərazisində qaçqınlar üçün Vağazin, Qarakeçdi və Şeylanlı adlı qəsəbələr salınacaq. Vağazin qəsəbəsində 256 ailə üçün fərdi yaşayış evi və 192 şagird yerlik məktəb, Qarakeçdi qəsəbəsində 245 ailə üçün fərdi yaşayış evi, inzibati bina və həkim məntəqəsi, Şeylanlı qəsəbəsində 144 ailə üçün fərdi yaşayış evi və 108 şagir yerlik məktəb tikiləcək.

Qeyd olunan tikinti işləri üçün aşağıda adları qeyd olunan şirkətlərə ümumilikdə 41 milyon 482 min 373 manat 49 qəpik ayrılacaq.

1. "KÜR-ARAZ ŞİRKƏTİ" MMC-yə 144 ailəlik Şeylanlı qəsəbəsində 46 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün 3 290 216,93 manat.

2. "AZERTİKİNTİ-M" MMC-yə 144 ailəlik Şeylanlı qəsəbəsində 108 şagird yerlik məktəbin tikintisi üçün 1 856 931,52 manat.

3. "MİNERA" MMC-yə 245 ailəlik Qarakeçdi qəsəbəsində 192 şagird yerlik məktəbin tikintisi üçün 2 425 093,28 manat.

4. "M.NAZİMOĞLU" MMC-yə 245 ailəlik Qarakeçdi qəsəbəsində 48 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün 2 820 547,98 manat.

5. "ŞƏMS-95" firmasına 245 ailəlik Qarakeçdi qəsəbəsində 41 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün 2 827 389,32 manat.

6. "T.T.Ş.-İNŞAAT" MMC-yə 245 ailəlik Qarakeçdi qəsəbəsində 49 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün 3 751 990,03 manat.

7. "MÜASİR TİKİNTİLƏR" MMC-yə 245 ailəlik Qarakeçdi qəsəbəsində 56 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün 4 204 046,04 manat.

8. "RABİTƏİNŞAAT" ASC-yə 245 ailəlik Qarakeçdi qəsəbəsində 51 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün 3 700 577,9 manat.

9. "AZERTİKİNTİ-M" MMC-yə 245 ailəlik Qarakeçdi qəsəbəsində inzibati binanın və həkim məntəqəsinin tikintisi üçün 767 418,2 manat.

10. "MİNERA" MMC-yə 256 ailəlik Vağazin qəsəbəsində 192 şagird yerlik məktəbin tikintisi üçün 2 516 875,34 manat.

11. "AZƏRİ SERVİS LTD" MMC-yə 256 ailəlik Vağazin qəsəbəsində 36 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün 2 147 190,34 manat.

12. "FAKTOR QRUP-S" MMC-yə 256 ailəlik Vağazin qəsəbəsində 50 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün 3 200 548,64 manat.

13. "AS-TƏMİR TİKİNTİ" MMC-yə 256 ailəlik Vağazin qəsəbəsində 60 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün 3 925 647,23 manat.

14. "PROGRESS" Sənaye-İstehsalat Şirkətinə 256 ailəlik Vağazin qəsəbəsində 50 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün 4 047 900,74 manat.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən elan olunan tenderlərdə haqqında bəhs olunan qaçqın qəsəbələrilə bağlı maraqlı məqam odur ki, həmin qəsəbələrdə tikinti işləri tender elanından daha əvvəl başlayıb və qaliblərin elan olunmasından qısa müddət sonra başa çatıb.

Xatırlayırsınızsa, ötən ilin oktyabr ayının 18-də (qaliblərin elan olunmasından əvvəl) Azərbaycan Prezidenti İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edən zaman Komitə sədri bəyan etmişdir ki, Ağcabədi rayonunda əsasən laçınlıların məskunlaşdığı Taxtakörpü qəsəbəsində 645 fərdi ev tikilir. Biz 645 ailəni ilin sonuna qədər o evlərə köçürəcəyik.

Bir həftə sonra - 25 oktyabr 2019-cu il tarixində ((qaliblərin elan olunmasından əvvəl) "Azərtag" xəbər agentliyi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun texniki nəzarətçisi Ramiz Həsənova istinadən məlumat verib ki, qeyd olunan ərazidəki tikinti işləri yekunlaşmaq üzrədir. (bu linkdən baxa bilərsiniz - https://azertag.az/xeber/Agcabedide_645_mecburi_kochkun_ailesi_uchun_yeni_qesebelerin_insasi_yekunlasmaq_uzredir__FOTO-1347187)

Bu barədə hətta televiziya kanallarında video-reportaj da yayımlanıb.

4 gün sonra - 29 oktyabr 2019-cu il tarixində isə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tikintisi yekunlaşmaq üzrə olan obyektərin "tikintisi" üçün şirkətlərlə müqavilə bağlayıb. (bu linkdən baxa bilərsiniz - https://etender.gov.az/media/contracts-register).

Göründüyü kimi, Ağcabədi rayonunun Taxtakörpü ərazisində yeni salınan və ötən ilin sonunda istifadəyə verilən 645 ailəlik üç qəsəbənin inşası tender elan olunmadan qanunsuz şəkildə icra olunub. Tenderlər yalnız tikintinin başa çatmasına bir-neçə ay qalmış keçirilib.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ünvanladığımız suallara isə cavab ala bilməmişik.(yeniavaz.com)
шаблоны для dle 11.2

Digər xəbərlər

“Qış gələndə hamı yenidən evdə oturacaq”
Azərbaycanda karantin qaydaları daha da sərtləşdirilə bilər
“Hərarəti olan məhkumlar daxili karantinə götürülüb”
TƏBİB-dən koronavirusla bağlı AÇIQLAMA
Səhiyyə Nazirliyinin “boz kordinal”ının başı dərddə
Prezidentin inamlı və aydın mesajları insanlarımızın gələcəyə ümidini artırdı
BNA koronavirusla mübarizədə həmrəylik çağırışı etdi
Cəlilabad Mərkəzi Xəstəxanasında tibb işçiləri koronavirusa yoluxub?
göz yaşında qovrulan Zaur Baxşəliyevə
COVID-19-u məhv edən ilk vaksin hazırlandı
İlham Əliyev fərman imzaladı
Prezidetin yüksək vəzifə verdiyi məmurla bağlı məlumat
Deputatlar koronavirusla mübarizə aparanlara belə dəstək oldular
MM-in komitə iclaslarının videokonfrans vasitəsilə keçirilməsi təsdiqləndi
rəsmilər təhlükə siqnalı çalır
“Pul verib vəzifəyə gələn adam...“
Bu ailələr də ünvanlı sosial yardım ala biləcək
Ramiz Mehdiyevi Çingizxanla müqayisə edən yazı istefaya səbəb oldu
“Kəsiri olan 4-cü kurs tələbələrinə güzəşt edilsin”
Həbs növbəsi “iqtidarı biabır edən”lərin himayəçilərinə çatır…
Karantin qaydalarına zidd olan icazələrin ləğvinə başlanıldı
Əhmədzadənin dövlətdən yeyib, qıraqda gəzən şəriki niyə üzə çıxmır?
Azərbaycanda koronavirusa yoluxmuş şəxslərlə bağlı sevindirici xəbər
Bakıda məşhur bazarda əməliyyat
Nazirə 22 milyon dollar rüşvət verən iş adamı həbs olundu
56 min 989 ölüm
Elnur Məmmədov yeni vəzifəyə təyin edildi
O, toxunulmazdır?
Telefonlardan foto və videolar niyə silinir?