Son dəqiqə
20-05-2020, 16:44
1 399

Üzeyir Cəfərov: "Sahil Babayev həddini aşır, ölkədə böyük narazılıq yaradır"

 "Sahil Babayev həddini aşır, ölkədə böyük narazılıq yaradır"
Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov hərbi qulluqçuların pensiyalarına əlavələrin verilməməsi ilə bağlı növbəti müraciətini yayıb.

Hərbi ekspert yaranan problemlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi ittiham edib.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərovun sosial şəbəkədə yaydığı müraciəti təqdim edirik:

“Ölkədə ən böyük narazılıq yaradan və altdan-altdan öz irsi köklərinə bağlı olduğunu sübut edən Sahil Babayev adlı nazir deyəsən, yavaş-yavaş həddini aşır. Onun keçən həftələrdə dövlət başçısına şikayətlənməsi və özündə hardasa bir qədər arxayınlıq yaratması deyəsən, çox böyük toqquşmalara səbəb olacaq. Bu adam hələ də öz vəzifəsinin məsuliyyətini dərindən anlamır”.

Polkovnik Cəfərov Ali Baş Komandan cənab İlham Əliyevə yazır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin güc strukturlarının yüz minlərlə pensiya və təqaüdçüsünü ələ salması, onların halal maliyyə vəsaitlərini verməyi bilərəkdən yubatması sabotaj və təxribatdır:

“Hərçənd ki, Sizə bir çox hallarda yalan rəqəmlər və məlumatlar çatdırırlar. Sahil Babayev isə Sizə qarşı ən böyük narazılıq və inamsızlıq yaratmağa çalışan şəxslərdən biri və bəlkə də birincisidir. Onu nazirlikdən uzaqlaşdırın. Bu cavan oğlan yalan (S. Babayevi nəzərdə tutur - red.) danışmaqla, “risovkalıq” etməklə işini bitmiş sayır.

Siz necə istəyirsiniz, elə də qəbul edin. Ölkədəki narazılıqların xeyli hissəsini Sahil Babayev yaradıb və yaradır. Çox təəssüflənirəm ki, Baş prokuror və Hərbi prokuror bu məsələdə seyrçi mövqe tutur, passivlik və qorxaqlıq nümayiş etdirirlər”.

Hərbi ekspert bildirir ki, yüz minlərlə insan, onların ailə üzvləri də Sahil Babayevin fəaliyyətindən narazıların siyahısına əlavə olunarsa, çox böyük rəqəm alınar: “Bilərəkdən, ya bilməyərəkdən onları narazı salmaq isə harınlıq və düşmənin maraqlarına xidmət etmək kimi başa düşülməlidir. Mən bunu belə qəbul edirəm”,- deyə Ü. Cəfərov müraciətində bildirir.

Polkovnik Cəfərov həm öz adından, həm də Silahlı Qüvvələrin ehtiyatda və istefada olan şəxsi heyəti adından Ali Baş Komandandan xahiş edir ki, nazir Sahil Babayev və digər məmurlarla bağlı verilən məlumatlara inanmasın: “Onlar utanmadan Sizi aldadırlar. Çoxsaylı faktlardan biri budur: güc strukturlarında çalışmış şəxslərin pensiya və təqaüdləri verilmir”.

Qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.шаблоны для dle 11.2

Digər xəbərlər

“Qış gələndə hamı yenidən evdə oturacaq”
Azərbaycanda karantin qaydaları daha da sərtləşdirilə bilər
“Hərarəti olan məhkumlar daxili karantinə götürülüb”
TƏBİB-dən koronavirusla bağlı AÇIQLAMA
Səhiyyə Nazirliyinin “boz kordinal”ının başı dərddə
Prezidentin inamlı və aydın mesajları insanlarımızın gələcəyə ümidini artırdı
BNA koronavirusla mübarizədə həmrəylik çağırışı etdi
Cəlilabad Mərkəzi Xəstəxanasında tibb işçiləri koronavirusa yoluxub?
göz yaşında qovrulan Zaur Baxşəliyevə
COVID-19-u məhv edən ilk vaksin hazırlandı
İlham Əliyev fərman imzaladı
Prezidetin yüksək vəzifə verdiyi məmurla bağlı məlumat
Deputatlar koronavirusla mübarizə aparanlara belə dəstək oldular
MM-in komitə iclaslarının videokonfrans vasitəsilə keçirilməsi təsdiqləndi
rəsmilər təhlükə siqnalı çalır
“Pul verib vəzifəyə gələn adam...“
Bu ailələr də ünvanlı sosial yardım ala biləcək
Ramiz Mehdiyevi Çingizxanla müqayisə edən yazı istefaya səbəb oldu
“Kəsiri olan 4-cü kurs tələbələrinə güzəşt edilsin”
Həbs növbəsi “iqtidarı biabır edən”lərin himayəçilərinə çatır…
Karantin qaydalarına zidd olan icazələrin ləğvinə başlanıldı
Əhmədzadənin dövlətdən yeyib, qıraqda gəzən şəriki niyə üzə çıxmır?
Azərbaycanda koronavirusa yoluxmuş şəxslərlə bağlı sevindirici xəbər
Bakıda məşhur bazarda əməliyyat
Nazirə 22 milyon dollar rüşvət verən iş adamı həbs olundu
56 min 989 ölüm
Elnur Məmmədov yeni vəzifəyə təyin edildi
O, toxunulmazdır?
Telefonlardan foto və videolar niyə silinir?