Son dəqiqə
20-05-2020, 17:20
1 385

DYP sürücülük vəsiqələri ilə bağlı qərarı DƏYİŞDİ

DYP sürücülük vəsiqələri ilə bağlı qərarı DƏYİŞDİ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar əhalinin yalnız müstəsna hallarda yaşayış yerini tərk etmələrinə icazə verilməsi nəzərə alınaraq sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsi karantin rejimi dövrünə təsadüf etmiş şəxslərin nəqliyyat vasitələrini idarə edərkən yol verdikləri qayda pozuntularının xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildiyi hallarda həmin vəsiqələrdən istifadəyə görə məsuliyyətə cəlb edilməyəcəkləri barədə məlumat yayıb.

BDYPİ-dən verilən məlumata görə, lakin 27.04.2020-ci il tarixdən etibarən “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla müvafiq sənədlərin alınması və ya dəyişdirilməsi ilə bağlı vətəndaşların qəbulunun həyata keçirilməsinə başlanılmasını, habelə giriş-çıxışına məhdudiyyət tətbiq edilmiş rayon və şəhərlərin ərazilərində yerləşən "ASAN xidmət" mərkəzlərinə gedə bilməyən şəxslər üçün DİN Baş DYP İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün müvafiq şərait yaradılmasını nəzərə alaraq, sürücülərin diqqətinə çatdırılır ki, 31.05.2020-ci il tarixdən etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri ilə nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmiş müddət bitmiş hesab olunacaq.

Bu səbəbdən sürücülər qeyd olunan vaxtadək etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələrini dəyişməli və ya həmin sürücülük vəsiqələri ilə nəqliyyat vasitələrini idarə etməməlidirlər.шаблоны для dle 11.2

Digər xəbərlər

“Qış gələndə hamı yenidən evdə oturacaq”
Azərbaycanda karantin qaydaları daha da sərtləşdirilə bilər
“Hərarəti olan məhkumlar daxili karantinə götürülüb”
TƏBİB-dən koronavirusla bağlı AÇIQLAMA
Səhiyyə Nazirliyinin “boz kordinal”ının başı dərddə
Prezidentin inamlı və aydın mesajları insanlarımızın gələcəyə ümidini artırdı
BNA koronavirusla mübarizədə həmrəylik çağırışı etdi
Cəlilabad Mərkəzi Xəstəxanasında tibb işçiləri koronavirusa yoluxub?
göz yaşında qovrulan Zaur Baxşəliyevə
COVID-19-u məhv edən ilk vaksin hazırlandı
İlham Əliyev fərman imzaladı
Prezidetin yüksək vəzifə verdiyi məmurla bağlı məlumat
Deputatlar koronavirusla mübarizə aparanlara belə dəstək oldular
MM-in komitə iclaslarının videokonfrans vasitəsilə keçirilməsi təsdiqləndi
rəsmilər təhlükə siqnalı çalır
“Pul verib vəzifəyə gələn adam...“
Bu ailələr də ünvanlı sosial yardım ala biləcək
Ramiz Mehdiyevi Çingizxanla müqayisə edən yazı istefaya səbəb oldu
“Kəsiri olan 4-cü kurs tələbələrinə güzəşt edilsin”
Həbs növbəsi “iqtidarı biabır edən”lərin himayəçilərinə çatır…
Karantin qaydalarına zidd olan icazələrin ləğvinə başlanıldı
Əhmədzadənin dövlətdən yeyib, qıraqda gəzən şəriki niyə üzə çıxmır?
Azərbaycanda koronavirusa yoluxmuş şəxslərlə bağlı sevindirici xəbər
Bakıda məşhur bazarda əməliyyat
Nazirə 22 milyon dollar rüşvət verən iş adamı həbs olundu
56 min 989 ölüm
Elnur Məmmədov yeni vəzifəyə təyin edildi
O, toxunulmazdır?
Telefonlardan foto və videolar niyə silinir?