Son dəqiqə
20-05-2020, 17:43
1 383

OĞULLUĞUNDAN KEÇMİŞ DEPUTATA ŞOK İTTİHAMLAR - "Evimi ələ keçirdi..." + FOTOLAR

OĞULLUĞUNDAN KEÇMİŞ DEPUTATA ŞOK İTTİHAMLAR
"Mən, keçmiş deputat Cahangir Hüseynovdan atamın mənə miras kimi qoyduğu evimi tələb edirəm. O, anam Aygün Hüseynova ilə əlbir olaraq müalicəmə sərf olunacağı bəhanəsi ilə Bakı şəhəri, Q.Ələsgərov küçəsi bina 11, mənzil 3 ünvanında yerləşən evimi ələ keçiriblər".

Bunları "AzPolitika.info"-ya müraciət edən İbrahim Hüseynov bildirib.

Şikayətçi qeyd edib ki, atası İlqar Əliyev MDB məkanında tanınmış iş adamlarından biri olub. 2012-ci ildə Moskva şəhərində sui-qəsd nəticəsində qətlə yetirilib.

Anası Aygün Hüseynova uzun müddət əvvəl ondan boşanıb və 2002-ci ildə keçmiş deputat Cahangir Hüseynovla ailə qurub: "O, soyadını mənə verib. Uzun müddət ailədə doğma atam İlqar Əliyevin pis adam olduğu, kriminal fəaliyyətlə məşğul olduğu barədə mənə yanlış fikirlər aşılanıb. Halbuki, sonradan onun dostlarından, qohumlarımdan, ögey qardaşlarımdan öyrəndim ki, bütün bunlar yalandır. Atam çox nüfuzlu, xeyirxah, böyük əlaqələri, biznesi olan iş adamı kimi fəaliyyət göstərib. 2009-cu ildə atam məni görməyə gələrkən, məni ondan gizlədiblər".

İ.Hüseynovun sözlərinə görə, atasının ona miras qoyduğu evi ələ keçirmək üçün onun ağır xəstə olması barədə müvafiq qurumlardan saxta rəy alınıb: "Belə əsaslandırıblar ki, mənə miras qalan ev satılaraq bir hissəsi müalicəmə sərf olunmalı, qalan hissəsinə isə kiçik mənzil alınaraq mənə verilməli idi. Amma bunların heç biri baş verməyib. Anam və atalığım onu sataraq pulunu ələ keçiriblər".

İbrahim Hüseynov deyir ki, onun nevroloji ağır xəstə kimi təqdim olunması tamamilə cəfəngiyyatdır: "Mən həqiqi hərbi xidmətdə olmuşam, aprel döyüşlərinin iştirakçısıyam. Xidməti-döyüş fəaliyyətində əldə etdiyim nailiyyətlərimə görə 15-ə qədər fəxri fərmanla, döş nişanı ilə təltif olunmuşam. Sizcə, iddia olunduğu kimi xəstə olan adamı orduya, ön xəttə apararlarmı?! Təkcə bu fakt mənə qarşı iddiaların necə cəfəng, yalan olduğunu göstərir”.

Şikayətçi deyir ki, Cahangir Hüseynov hüquq-mühafizə orqanlarındakı əlaqələrindən istifadə edib onu təzyiq altında saxlayır və müxtəlif hədə-qorxular gəlir: "Mənzə zəng edib hədələyir, ünvanıma nalayiq ifadələr işlədir. Yaşadığım ünvana polis əməkdaşları gəlir, qohumlarıma qarşı müxtəlif təzyiqlər edilir. Mən, açığı, ondan qorxuram, kifayət qədər böyük maliyyə imkanları, əlaqələri var, mənə şər atdırıb hər an həbs etdirə bilər".

Hazırda kirayədə, maddi məhrumiyyətlər içərisində yaşadığını deyən İbrahim Hüseynov, başına gələnlərdə anasını da suçlayıb: "Anam Aygün Hüseynova, gərək, öz doğma balasına qarşı belə şeylərə yol verməzdi, mənə dəstək olardı. Mən ondan nə mənəvi, nə də başqa bir dəstək görmürəm, bu çox acınacaqlıdır".

Şikayətçi sonda "AzPolitika.info" vasitəsilə ölkə Prezidenti İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edərək, onlardan kömək istəyib. O, ölkə rəhbərliyindən xahiş edir ki, keçmiş deputat, atalığı Cahangir Hüseynovun təzyiqlərinə son qoyulsun.

Şikayətdə qeyd olunan ittihamlarla bağlı Cahangir Hüseynovun da mövqeyini işıqlandırmağa hazırıq.


шаблоны для dle 11.2

Digər xəbərlər

“Qış gələndə hamı yenidən evdə oturacaq”
Azərbaycanda karantin qaydaları daha da sərtləşdirilə bilər
“Hərarəti olan məhkumlar daxili karantinə götürülüb”
TƏBİB-dən koronavirusla bağlı AÇIQLAMA
Səhiyyə Nazirliyinin “boz kordinal”ının başı dərddə
Prezidentin inamlı və aydın mesajları insanlarımızın gələcəyə ümidini artırdı
BNA koronavirusla mübarizədə həmrəylik çağırışı etdi
Cəlilabad Mərkəzi Xəstəxanasında tibb işçiləri koronavirusa yoluxub?
göz yaşında qovrulan Zaur Baxşəliyevə
COVID-19-u məhv edən ilk vaksin hazırlandı
İlham Əliyev fərman imzaladı
Prezidetin yüksək vəzifə verdiyi məmurla bağlı məlumat
Deputatlar koronavirusla mübarizə aparanlara belə dəstək oldular
MM-in komitə iclaslarının videokonfrans vasitəsilə keçirilməsi təsdiqləndi
rəsmilər təhlükə siqnalı çalır
“Pul verib vəzifəyə gələn adam...“
Bu ailələr də ünvanlı sosial yardım ala biləcək
Ramiz Mehdiyevi Çingizxanla müqayisə edən yazı istefaya səbəb oldu
“Kəsiri olan 4-cü kurs tələbələrinə güzəşt edilsin”
Həbs növbəsi “iqtidarı biabır edən”lərin himayəçilərinə çatır…
Karantin qaydalarına zidd olan icazələrin ləğvinə başlanıldı
Əhmədzadənin dövlətdən yeyib, qıraqda gəzən şəriki niyə üzə çıxmır?
Azərbaycanda koronavirusa yoluxmuş şəxslərlə bağlı sevindirici xəbər
Bakıda məşhur bazarda əməliyyat
Nazirə 22 milyon dollar rüşvət verən iş adamı həbs olundu
56 min 989 ölüm
Elnur Məmmədov yeni vəzifəyə təyin edildi
O, toxunulmazdır?
Telefonlardan foto və videolar niyə silinir?