Son dəqiqə
30-05-2020, 17:29
2 229

Güzəştli mənzillərin satış qiyməti açıqlandı – YASAMALDAN XEYLİ UCUZDUR

Güzəştli mənzillərin satış qiyməti açıqlandı
Xəbər verildiyi kimi Mənzil İnşaatı Dövlət Agentliyi Hövsan qəsəbəsindəki yaşayış kompleksində güzəştli mənzillərin satışını elan edpib.

Burada mənzillərin qiyməti əvvəlki - Yasamaldakı kompleksdəki qiymətlərdən daha aşağı olacaq.

Belə ki, Hövsanda 1 otaqlı mənzillərin qiyməti 32 130 manatdan, 2 otaqlılar 42 415 manatdan, 3 otaqlılar 57 120 manatan başlayır.

Mənzili ipoteka krediti ilə deyil, nağd şəkildə alanlara 10% güzəşt ediləcək və qiymətlər 1 otaqlılar üçün 28 917 manatdan, 2 otaqlılar üçün 38 174 manatdan, 3 otaqlılar üçün 51 408 manatan başlayır.

Mənzillərin sahəsi isə 1 otaqlılarda 38-39 kvadrametr, 2 otaqlılarda 50-63 kvadratmetr, 3 otaqlılar 67-73 kvadratmetr arasında dəyişir. Qeyd edək ki, bu mənzillərin daxili perimetrlə ölçülən sahəsidir.

Bütün bunları nəzərə alanda Hövsandakı kompleksdə mənzillərin hər kvadratmetri alıcılara 850 manata başa gələcək. Bu – Yasamaldakı qiymətdən 100 manat aşağıdır (orada 1 kvadratın qiyməti 950 manat olmuşdu).

Mənzilləri öz vəsaiti ilə (yəni kreditsiz) almaq istəyənlərə, 10% güzəşt ediləcək. Bunu nəzərə aldıqda belə vətəndaşlar üçün mənzillərin kvadratmetri 765 manata başa gələcək.

Digər tərəfdən, elanda da qeyd edildiyi kimi, yuxarıdakı qiymətlər mənzillərin sahəsinin daxili perimetrlə ölçülən hissəsinə aiddir.

Xarici perimetrlə, yəni divarları da nəzərə almaqla ölçüldükdə mənziləriqn sahəsi 1 otaqlılarda 48-50 kvadratmetr, 2 otaqlılarda 61,5-78,6 kvadratmetr, 3 otaqlılarda isə 84,4-88,2 kvadratmetr arasında dəyişir.

Qeyd edək ki, Bakıda tikinti şirkətlərinin əksəriyyəti mənzillərin satışı zamanı sahəni məhz belə hesablayır.

Güzəştli mənzillərin satış qiyməti belə – yəni xarici perimetrlə hesablananda isə qiymətlər daha aşağı olur. Belə ki, 1 otaqlıların qiyməti 669 manatdan, 2 otaqlıların qiyməti 690 manatdan, 3 otaqlıların qiyməti 609 manatdan başlayır.

Mənzilləri öz vəsaiti ilə alanda (yəni 10% endirimi nəzərə alanda) isə xarici perimetri hesablayanda bir kvadratın qiyməti 1 otaqlılarda 602 manata, 2 otaqlılarda 621 manatdan, 3 otaqlılarda isə 548 manatdan başlayır.шаблоны для dle 11.2

Digər xəbərlər

Ermənistan ordusu Gədəbəyin kəndləri istiqamətində təxribat törətdi
Sistemli şəkildə islahat aparmağa ehtiyacımız var
60 gün müddətinə,..
“Qış gələndə hamı yenidən evdə oturacaq”
Bu əmanətlər vətəndaşlara geri qaytarılacaq
Bakıda iki oğlanın nişanı oldu
Dünya birjalarında neftin son qiyməti
Azərbaycanlı həkim İstanbulda koronavirusdan vəfat etdi
Koronavirusla bağlı yanlış məlumat yayan 10 nəfər həbs edilib
Prezident və xanımı AÇILIŞDA
Azərbaycanda xüsusi karantin rejimi yenidən sərtləşdirilə bilər
İran ordusu öz gəmisini bombaladı
Generalın həbs olunan qardaşı azadlığa çıxdı
Azərbaycanda maska və spirt monopoliyasını kim yaradır?
Azərbaycanda daha 30 nəfər koronavirusa yoluxdu, 41 nəfər sağaldı
Mütəxəssislərdən xəbərdarlıq
190 manatı ala bilməyənlərin nəzərinə
Gənclər yeni idarəetmə təfəkkürünün daşıyıcılarıdır
Karantin rejimi mayın 11-dən yumşaldıla bilər
Afaq Bəşirqızını güllələmək istəyiblər
Vilayət Eyvazov idarə rəislərinə tapşırıqlar verdi
Koronavirusun təcili müalicəsi vacibdir
Bütün gözlər Milli Məclisə dikilib
Baş nazir parlamentə hesabat verir
Bəs keçmiş başçıların sərvəti niyə araşdırılmır?..
Hər bir vətəndaş tam əmindir ki, Prezident daim onun yanındadır
Karantində olan şəxslər etiraz aksiyası keçirib
İşıq limiti nə vaxtdan artırılır?
Kürün sahilində yeyib-içən 19 nəfər saxlanıldı, 2 nəfər...
KİVDF-nin yeni sədri jurnalistlərin üçüncü binasında oldu