Son dəqiqə
11-05-2020, 18:03
215

Prezident, Nazirlər Kabineti, DİN və TƏBİB ön cəbhədə: hökumət necə işləyir?

hökumət necə işləyir?
Azərbaycan hökuməti operativ, mobil, çevik davranmasaydı, zamanında mühüm qabaqlayıcı tədbirlər görməsəydi, sərhədlər, yollar bağlanmasaydı, xüsusi karantin rejimi tətbiq olunmasaydı indi ölkə koronavirus pandemiyasının cəngində can verirdi. Xezer.org-un analitik şöbəsinin məlumatına görə, prezident başda olmaqla ölkənin siyasi rəhbərliyi və müvafiq strukturlar vaxtında və təcili addımlar atmaqla Azərbaycanı İtaliya, İspaniya, Fransanın gününə düşməkdən qorudu. Bir nəzər yetirin, bütün dövlət orqanları epidemiya ilə mübarizəyə səfərbər olunub: həm Daxili İşlər Nazirliyinin çevik polis alayı, həm yol polis xidməti, digər tərəfdən Nazirlər Kabineti yanında Operativ Qərargahın aktiv fəaliyyəti, o cümlədən TƏBİB-in fəallığı, həmçinin, İqtisadiyyat Nazirliyinin və digər qurumların müasir texnologiyalarla ayaqlaşaraq işləməsi koronavirusla mübarizədə bir vəhdətlik yaradıb. Mütləq demək lazımdır ki, köhnə komandada olan yaşlı məmurlar operativlikdə geri qalırdı. Onlarla bu cür işləmək çətin olacaqdı. O baxımdan prezident İlham Əliyev və onun hazırkı komandası COVİD19 bəlasına qarşı mübarizədə xalq üçün bütün zəruri addımlar atmaqdadır. DİN əməkdaşları xüsusi karantin rejimi ilə bağlı yollarda gecə-gündüz keşik çəkir, vətəndaşları sosial təcridə çağırır, yol polis əməkdaşları postlarda tapşırıqları yüksək səviyyədə yerinə yetirir. "Koronavirus müharibəsi”nin ikinci səngərində Azərbaycan polisi dayanır! Prezidentin ilk çağırışından öz postunda, küçə və yollarda ayaq üstədir! Təkcə asayişin keşiyini çəkmir. Həm də ona tapşırılan yeni vəzifələrin - xüsusi karantin rejiminin tələblərini yerinə yetirməklə məşğuldur. Həkimlərdən fərqli olaraq, onların heç də hamısının konkret iş yeri belə bilinmir. Bilinən odur ki, Azərbaycan polisi tutduğu vəzifədən asılı olmayaraq daha kabinetlərdə oturmur! Operativ Qərargaha isə birmənalı olaraq “5” qiyməti yazmaq lazımdır. Baş nazir Əli Əsədov və Qərargah üzvləri fasiləsiz çalışır, daim ictimaiyyətə açıqlamalar verir, mətbuat konfransları keçirir, TƏBİB rəhbərliyi bütün qarşıya qoyulan göstərişləri yerinə yetirir. Azərbaycan dövlətinin vaxtında həyata keçirdiyi qabaqlayıcı tədbirlər, Prezident İlham Əliyevin problemi diqqət mərkəzində saxlaması koronavirus infeksiyasının respublikamızda faciəvi nəticələrə səbəb olmasının qarşısını aldı. Mart və aprel aylarında isə virusun yayılmasının qarşısını almaq üçün təxirəsalınmaz və səmərəli tədbirlər həyata keçirildi. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən sərəncamlar imzalandı. Atılan addımlar, verilən qərarlar həm virusun yayılmasının qarşısının alınması, həm də vətəndaşların sosial rifahı kimi məsələləri əhatə etdi. Adətən ordu öz sərkərdəsinə baxıb düzlənir. İlham Əliyevin məsələyə ciddi reaksiya verməsi, insanların sağlamlığının qorunmasına həssaslıqla, can yanğısı ilə yanaşması xalqını və millətini sevən hər bir azərbaycanlıya da sirayət etdi. Qısa vaxtda gördüyü işlər analoji mübarizə aparanlar üçün nümunəyə çevrildi: Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqə yaradıldı, dövlət başçısının sərəncamı ilə quruma kömək məqsədilə 5 mln. dollar yardım edildi. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılaraq onun qarşısına məsul vəzifələr qoyuldu; sərhədlər bağlandı, karantin məntəqələri təşkil olundu, təyyarə uçuşları dayandırıldı. Ölkə xaricində qalan azərbaycanlıların gətirilməsi üçün çarter reysləri açıldı; xəstələrə qulluq edən həkimlərin və digər tibb personalının əməkhaqları 3-5 qat artırıldı; koronavirusla mübarizə fondu yaradıldı. İlk olaraq cənab İlham Əliyev ora birillik əməkhaqqını keçirdi; bu xeyirxah missiyanı Birinci vitse-prezident Mehriban xanım Əliyeva da davam etdirdi. Həm də şükür edirik: nə yaxşı Prezidentimiz məsələnin üstünə tez düşdü, insanları, dövlət qurumlarını vaxtında ayağa qaldırdı, indiyədək rast gəlmədiyimiz bəlanın qorxulu olduğunu hamıya anlatdı, təhlükəyə soyuq, laqeyd, biganə yanaşmağa yol vermədi! Xezer.org xəbər verir ki, prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır, dövlətimizin başçısının xalqımıza qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları məktublarda ifadə edirlər. Onu da qeyd edək ki, Azərbaycanın karantin üçün də gördüyü işlər nümunəvi xarakter daşıyır. Çünki karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır. O cümədən mindən çox insan Atletlər kəndindəyerləşdirilib.Yəni, karantində qalan insanların rahatlığı təmin edilib, dövlət bütün xərcləri öz üzərinə götürüb.шаблоны для dle 11.2

Digər xəbərlər

“Qış gələndə hamı yenidən evdə oturacaq”
Azərbaycanda karantin qaydaları daha da sərtləşdirilə bilər
“Hərarəti olan məhkumlar daxili karantinə götürülüb”
TƏBİB-dən koronavirusla bağlı AÇIQLAMA
Səhiyyə Nazirliyinin “boz kordinal”ının başı dərddə
Prezidentin inamlı və aydın mesajları insanlarımızın gələcəyə ümidini artırdı
BNA koronavirusla mübarizədə həmrəylik çağırışı etdi
Cəlilabad Mərkəzi Xəstəxanasında tibb işçiləri koronavirusa yoluxub?
göz yaşında qovrulan Zaur Baxşəliyevə
COVID-19-u məhv edən ilk vaksin hazırlandı
İlham Əliyev fərman imzaladı
Prezidetin yüksək vəzifə verdiyi məmurla bağlı məlumat
Deputatlar koronavirusla mübarizə aparanlara belə dəstək oldular
MM-in komitə iclaslarının videokonfrans vasitəsilə keçirilməsi təsdiqləndi
rəsmilər təhlükə siqnalı çalır
“Pul verib vəzifəyə gələn adam...“
Bu ailələr də ünvanlı sosial yardım ala biləcək
Ramiz Mehdiyevi Çingizxanla müqayisə edən yazı istefaya səbəb oldu
“Kəsiri olan 4-cü kurs tələbələrinə güzəşt edilsin”
Həbs növbəsi “iqtidarı biabır edən”lərin himayəçilərinə çatır…
Karantin qaydalarına zidd olan icazələrin ləğvinə başlanıldı
Əhmədzadənin dövlətdən yeyib, qıraqda gəzən şəriki niyə üzə çıxmır?
Azərbaycanda koronavirusa yoluxmuş şəxslərlə bağlı sevindirici xəbər
Bakıda məşhur bazarda əməliyyat
Nazirə 22 milyon dollar rüşvət verən iş adamı həbs olundu
56 min 989 ölüm
Elnur Məmmədov yeni vəzifəyə təyin edildi
O, toxunulmazdır?
Telefonlardan foto və videolar niyə silinir?