Son dəqiqə
27-04-2020, 17:10
5 249

İlham Əliyev görünən və görünməz düşmənlərə qarşı səngərdə: virus, rüşvət, özbaşınalıq...

virus, rüşvət, özbaşınalıq...
Azərbaycan da dünya ölkələri kimi yeni sınaq, yeni çağırışlarla üz-üzədir. Bu səbəbdən də dövlət koronavirus infeksiyasının təsirlərindən az itki ilə çıxmaq üçün ciddi şəkildə mübarizə aparmaqdadır.

Xezer.org-un Təhlil Qrupu son bir ayda baş verənləri analiz edərək yazır ki,
COVİD19 pandemiyası ilə mübarizədə Azərbaycan dövləti ilə xalqın həmrəyliyi nümunə olmalıdır.

Bu prosesin önündə isə yenə də Ali Baş Komandan İlham Əliyev gəlir. O, bu dəfə koronavirus adlı gözügörünməz düşmənə qarşı səngərdədir. Prezident bütün yükü çiyinlərinə alaraq, xalqın sağlamlığı naminə dövlətin dəstəyini verməkdədir.

İ.Əliyev hər zaman xalqın maraqlarını güdüb: bürokratik əngəlləri aradan qaldırıb, rüşvətə qarşı amansız alıb, korrupsiyaya bulaşmış icra başçıları həbs edilib, vətəndaşları incidən məmurlar, dövlətin demokratik və sosial siyasətini sabotaj edən köhnə məmurlar işlərindən azad ediliblər və indi də pandemiyaya qarşı mübarizədə fəaldır, xalqla birgədir, tez-tez ictimaiyyət önünə çıxaraq bəyanatlar verir, dəstəyini əsirgəmir, bir çox nazirlərdən, deputatlardan fərqli olaraq, bu çətin günlərdə insanların yanındadır.

Əlbəttə ki, bu məsələdə I vitse-prezident, ölkənin Birinci xanımı Mehriban Əliyevanın da əməyini unutmaq olmaz. M.Əliyeva xalqa çağırış edir, Heydər Əliyev Fondu kasıb ailələrə köməklik göstərir.

Ümumiyyətlə, həyata keçirdiyi məqsədyönlü, uzaqgörən siyasəti ilə Azərbaycanı bütün çətin sınaqlardan üzüağ çıxaran prezident İlham Əliyev bu çətin dövrdə də ölkədə makroiqtisadi sabitliyin qorunması və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atır.

Dövlət başçısının yeni iqtisadi və sosial paketi çərçivəsində hazırlanan dövlət dəstəyi proqramları da prosesin tərkib hissəsidir.

Maliyyə həcmi 2,5 milyard manat olan yeni sənədləri müstəqillik tariximizin ən böyük iqtisadi dəstək proqramı adlandırırlar.

Təqdim edilən yeni təkliflər genişmiqyaslıdır və bu gün pandemiyadan zərər çəkmiş sahələrdə işləyən vətəndaşların maraqlarını nəzərə alır.

Aprel və may aylarında həm də elektrik enerjisi ilə bağlı limitlər tətbiq olunacaq. Bu xərc də dövlət büdcəsi hesabına qarşılanacaq və bu istiqamətə 10 milyon manat vəsait ayrılacaq.

Bu baxımdan tədbirlər planı daha çox aprel və may aylarında birbaşa dəstəyin, ödənişlərin ödənilməsi ilə müşahidə olunacaq.

Bütün bunlar bir daha təsdiq edir ki, hər zaman siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanan cənab İlham Əliyev bu ağır karantin dövründə də xalqın maddi durumunu düşünür və öz dəstəyini əsirgəmir.

Əminliklə deyə bilərik ki, dövlət başçısının genişmiqyaslı iqtisadi və sosial paketi həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, həm də həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq.

Xezer.org-un Təhlil Qrupu xəbər verir ki, prezidentin koronavirusla mübarizə tədbirləri, proqramları kimi korrupsiyaya, məmur özbaşınalığına qarşı atdığı addımlar da təqdirəlayiqdir.

Prezident İlham Əliyevin bütün diplomatik addımları millli maraqlardan çıxış etməklə zərgər dəqiqliyi ilə hesablanmışdır və bir çox hallarda siyasi opponentlərin intellekti imkan vermir ki, onlara vaxtında düzgün adekvat reaksiya versinlər.

Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir.

Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan loyal münasibətin formalaşmasını şərtləndirən əsas amillərdir.

Bu, bir həqiqətdir ki, əgər Ermənistanın Azərbaycana təcavüzü və etnik təmizləmə siyasəti olmasaydı, Prezident İlham Əliyevin rəhbərliyi altında həm daxili, həm də xarici siyasətdə qazandığımız uğurların miqyası daha da böyük olardı.

Münaqişənin hələ də həllini tapa bilməməsi reallığına bamayaraq, Azərbaycanın son 17 il ərzində konfliktin həlli prosesində siyasi, diplomatik və hərbi üstünlüyünü təmin edilib.

Biz indi bunu, adətən öyrəşdiyimiz tərzdə islahat adlandırırıq, əslində isə bu gün Azərbaycanda baş verənlər təşkilati dəyişikliklərdir.

İşlək bir mexanizm olaraq hökumət təsisatının strukturunun, tətbiq etdiyi texnologiyaların və bu mexanizmi çalışdıran, effektiv işini təmin etməli olan insanların dəyişməsidir, büsbütün yenilənməsidir.

Bu gün cənab İlham Əliyev Azərbaycanda məhz bu təşkilati dəyişikliyi həyata keçirir. Cəmiyyət də bu dəyişikliklərin uğurlu nəticələrini görür.

Hakimiyyət-xalq münasibətlərində, koordinasiya mexanizmlərində, iş dizaynında, başqa təşkilati formalarda nə qədər böyük yeniliklərin olduğuna şahidik.

Bunlar, Azərbaycan insanının kənardan,seyrçi mövqeyindən izlədiyi dəyişikliklər deyil. Öz gündəlik həyatında yaşadığı yeniliklərdir.

Başqa sözlə, Azərbaycan insanı dövlət rəhbərimizin bu Vətən adına yaratdığı dəyişiklik hekayəsini kənardan seyr etmir.

Yenə qayıtmalı oluruq pandemiyası məsələsinə. Bu gün həm də koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması üzündən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın böyük qıtlığı yaşanır.

İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalın ixracını da saxlayıblar. Ancaq Azərbaycanda pandemiyanın qarşısının alınması ilə bağlı həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.

Aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı da görülən işlərin tərkib hissəsidir. Yeni müəssisə tibbi maska və ləvazimatlara olan tələbatlarımızı ödəyəcək.шаблоны для dle 11.2

Digər xəbərlər

“Qış gələndə hamı yenidən evdə oturacaq”
Azərbaycanda karantin qaydaları daha da sərtləşdirilə bilər
“Hərarəti olan məhkumlar daxili karantinə götürülüb”
TƏBİB-dən koronavirusla bağlı AÇIQLAMA
Səhiyyə Nazirliyinin “boz kordinal”ının başı dərddə
Prezidentin inamlı və aydın mesajları insanlarımızın gələcəyə ümidini artırdı
BNA koronavirusla mübarizədə həmrəylik çağırışı etdi
Cəlilabad Mərkəzi Xəstəxanasında tibb işçiləri koronavirusa yoluxub?
göz yaşında qovrulan Zaur Baxşəliyevə
COVID-19-u məhv edən ilk vaksin hazırlandı
İlham Əliyev fərman imzaladı
Prezidetin yüksək vəzifə verdiyi məmurla bağlı məlumat
Deputatlar koronavirusla mübarizə aparanlara belə dəstək oldular
MM-in komitə iclaslarının videokonfrans vasitəsilə keçirilməsi təsdiqləndi
rəsmilər təhlükə siqnalı çalır
“Pul verib vəzifəyə gələn adam...“
Bu ailələr də ünvanlı sosial yardım ala biləcək
Ramiz Mehdiyevi Çingizxanla müqayisə edən yazı istefaya səbəb oldu
“Kəsiri olan 4-cü kurs tələbələrinə güzəşt edilsin”
Həbs növbəsi “iqtidarı biabır edən”lərin himayəçilərinə çatır…
Karantin qaydalarına zidd olan icazələrin ləğvinə başlanıldı
Əhmədzadənin dövlətdən yeyib, qıraqda gəzən şəriki niyə üzə çıxmır?
Azərbaycanda koronavirusa yoluxmuş şəxslərlə bağlı sevindirici xəbər
Bakıda məşhur bazarda əməliyyat
Nazirə 22 milyon dollar rüşvət verən iş adamı həbs olundu
56 min 989 ölüm
Elnur Məmmədov yeni vəzifəyə təyin edildi
O, toxunulmazdır?
Telefonlardan foto və videolar niyə silinir?