Son dəqiqə
27-04-2020, 17:10
2 070

Hamı evdə, polis gecə-gündüz fədakarlıq edir: DİN necə işləyir?

DİN necə işləyir?
Bu gün Ali Baş Komandan İlham Əliyevin və Daxili İşlər naziri Vilayət Eyvazovun tövsiyyələri yüksək səviyyədə icra edilir.

Koronavirus pandemiyasının tez bir zamanda qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər davam etdirilir.

Xezer.org xəbər verir ki, bu tədbirlər çərçivəsində Bakıda və rayonlarda yaşayan maddi imkanı zəif olan sakinlərə, tənha yaşayan yaşlılara sovqatlar verilir.

Həmçinin polis əməkdaşları hər bir sakinlə ayrı-ayrılıqda profilaktiki söhbətlər aparır, onlara evdə qalmaqlarının vacibliyini izah edirlər.

Ümumiyyətlə, polis pandemiyaya qarşı ilk gündən ən peşəkar və operativ səviyyədə fəaliyyət göstərən orqan oldu.

Azərbaycanın həm yol polisi, həm çevik polis alayı gecəsini gündüzünə qataraq Azərbaycanda yayılan koronavirus pandemiyası ilə bağlı dövlətin tapşırıqlarını uğurla yerinə yetirir, xalqın qayğısına qalır, əhali arasında infeksiya çox yayılmasın deyə küçələrdə insanlarla profilaktik söhbət aparır, Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qərarları, qadağaları icra edir.

Polisimiz hər yerdə keşik çəkir, nəzarət edir, hər kəslə səbrlə, təmkinlə söhbət aparır, təhlükənin mövcud olduğunu izah edir.

Yollarda qoyulan postlar, məhdudiyyətlər, sürücülərlə mədəni, nəzakətlə söhbət aparılması, onlara vəziyyətin izah edilməsi məhz yol polislərimizin peşəkar fəaliyyətinin göstəricisidir.

Bu gün hamı ev karantinində, özünü virusdan qoruduğu halda polisimiz küçə və prospektlərdə gecə-gündüz xidmət göstərir, ailələrindən, rahatlıqlarından uzaq düşərək fədakarlıq göstərirlər.

Koronavirus pandemiyasının qarşısının alınmasına dair hökumət tərəfindən xüsusi Tədbirlər Planının icrasına başlanıldığı vaxtdan, polis, ölkəyə quru və hava yolları ilə gəlmiş infeksiyaya yoluxmaqda şübhəli şəxslərin müalicə-profilaktika müəssisələrinə təxliyəsi zamanı yüzlərlə təcili tibbi yardım avtomobilini, qonşu dövlətlərə gedən 5.200-dən çox yük nəqliyyat vasitəsini müşayiət edib.

Virusa yoluxanların hospitalizasiya edildiyi və yoluxmaları ehtimal olunan şəxslərin karantinə yerləşdirildiyi 51 obyekti bu gün də sutkalıq mühafizə edir.

Şəxslərin və nəqliyyatın şəhərlərarası və rayonlararası hərəkətinin məhdudlaşdırılması məqsədilə 733 postda, ictimai yerlərdə, küçə və prospektlərdə xidmət aparır.

Təkcə cari ilin mart ayı ərzində xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 5 cinayət işi üzrə 11 nəfər məsuliyyətə cəlb olunmuş, 154 nəfər inzibati qaydada həbs edilmiş, 33 minə yaxın şəxs barəsində digər tənbeh tədbirləri görülüb.

Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna qanunsuz daxil olmağa cəhd edən 22 min avtomobil geri qaytarılıb.

Bütün bunlara paralel olaraq polis özünün qanunla müəyyən edilmiş cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı fəaliyyətini də davam etdirir.

Son bir ayda qeydə alınmış 1186 cinayətin böyük əksəriyyəti açılmış, 1860 nəfər məsuliyyətə cəlb edilmiş, axtarışda olan 485 şəxs tutulmuş, 106 cinayətkar qrup zərərsizləşdirilib.

Qanunsuz dövriyyədən 260 kiloqram narkotik vasitə çıxarılaraq bu əməllərə görə 353 nəfər məhkəmə məsuliyyətinə verilib.

Polis peşəsinin çətinliyini, polis əməkdaşlarının ən ağır şərtlər altında belə xidmətini davam etdirməsini sosial şəbəkələrdən və televiziya ekranlarından görənlərin heyrətini ifadə edən “Biz, polisimizlə fəxr edirik” sitatı yetər ki, cəmiyyətin görülən işə, çəkilən zəhmətə verdiyi dəstəyi və önəmi görək. Bəli, hər yerdə polis var, çünki vətəndaşımızın cangüvəni üçün hər yerdə polis olmalıdır.шаблоны для dle 11.2

Digər xəbərlər

Modern dövlətin “utandırdığı” icra başçıları və ya DTX-nın tapdığı xarici valyuta bağlamaları...
Kriminal aləmdə şok olaylar
Azərbaycanlı iş adamı koronavirusdan öldü
Lider TV-nin bütün əməkdaşları işdən çıxarıldı
Azərbaycanda bu şəxslərin küçəyə çıxması ləğv edilir
Xaçmaz sakini qaynını güllələdi
Azərbaycanda şirkət rəhbəri həbs edildi
“Alimpaşa idi, “xan” oldu, indi də “şahlıq” eşqinə düşüb”
190 manatlıq yardım üçün belə
Nazirə 22 milyon dollar rüşvət verən iş adamı həbs olundu
Minlərlə vətəndaşa ŞAD XƏBƏR
“Marginalların ümumi dəst-xətti budur ki, dövlətin bütün etdikləri səhvdir”
Qərbi Azərbaycan Respublikası yaradıldı
Karantində olan şəxslər etiraz aksiyası keçirib
“190 manat üçün qeydiyyatdan keçən hər kəsə...“
Mixeil Saakaşviliyə Ukraynada vəzifə VERİLDİ
Azərbaycanda karantin nə vaxt bitəcək?
İcra başçılarının nümayəndələri işdən qovulub, cinayət işi açılıb
Koronavirusu ilk dəfə aşkarlayan həkim yoxa çıxdı
Rövşən Rzayev videoqəbul keçirdi
Mehdiyevin, Xanlarovanın ölüm xəbərlərini kim təşkil edir?
Bu qidalar yuxu problemini aradan qaldırır
Metronun yeni stansiyaları nə vaxt açılacaq?
Prezidentdən 12 736 nəfəri sevindirəcək
Parlamentdə bəzi qanunlar qəbul edilib
İkinci koronavirus dalğası gələ bilər
“Deyirlər ki, Ramiz Mehdiyevin kitablarını kimlərsə yazır”