Son dəqiqə
19-05-2020, 10:07
88

“İnsanın mənliyi, şərəfi olar, Əbülfəs Qarayev istefa verməli idi” – Müğənnidən nazirə SƏRT TƏNQİD

“İnsanın mənliyi, şərəfi olar, Əbülfəs Qarayev istefa verməli idi”
“Hara baxırsan, vəziyyət belədir, birini vəzifəyə qoyan kimi, sanki canavara çevrilir”

Əməkdar artist Səyyad Əlizadənin “Yeni Sabah”a müsahibə verib.

Xezer.org həmin müsahibəni sizə təqdim edir:

– Səyyad bəy, karantin günlərini necə keçirdiniz? Dörd divar arasında yazıb-yaratmağa həvəsiniz oldumu?


– Karantin müddətində mütaliə ilə məşğul oldum. Ümumiyyətlə mən mütaliəni sevən insanam. Karantin müddətində Vüsal Nurunun “Qaraqaşlı” romanını oxudum. Özümün də yeni bir layihəm var, ibrətamiz rəvayətlər qələmə alıram. Rəvayətləri şifahi xalq ədəbiyyatından dinləmək başqa, yazılı isə tamam başqadır. Eşitdiyim rəvayətləri karantin müddətində bədiiləşdirmişəm. Bu barədə ilk dəfədir danışıram, yazdıqlarımı sonra nə edəcəyim hələlik sirr olaraq qalsın.

Gəncliyimiz elə bir dövrə gəlib düşüb ki, düşünürəm əgər gənclər bu rəvayətləri eşidərsə, onlara bir xeyri dəyə bilər, buna görə əlimdən gələni edirəm. Bunlar çox qiymətli şeylərdir. Həmçinin Quran qissələri adlı bir kitab var, o kitab bir nüsxədir, çox hissəsi korlanıb, pozulmuşdu. Karantin müddətində həmin kitabı komputerdə yazıb, bərpa etmişəm. Onu çap etməyi planlayıram, çünki çox gözəl kitabdır. Kitabdakı hədislər hər bir insan üçün faydalıdır.

Bundan başqa yeni mahnılarım var. Onların mətnləri üzərində çalışmışam. Ötən il iki albomum işıq üzü görüb. Öz üzərimdə çalışan insanam, hər zaman axtarışdayam. Bilirsiniz, həyat çox sürətli gəlib keçir, çalışırsan ki, arzularının çoxunu həyata keçirə biləsən. Ona görə mən az yatıb, çox işləyirəm. Gündə 4-5 saat yatıram. Hər zərərin arxasında bir xeyir var deyirlər, mən də karantin müddətində boş dayanmamışam. Gördüyüm işlər bəlkə də, bir ilə görüləsi işlər idi, vaxt bolluğundan hamısını tamamlamışam. Öz bəstələrim, sözlərim var. Yaradıcı adam üçün vaxt çatmır. Elə adam var ki, tək müğənniliklə məşğuldur, onları başa düşürəm. Müəyyən müğənni, xanəndələr var ki, onlara həmişə deyirəm ki, çalışın yaradıcı olun, yeni nələrsə yaradın. Çünki bugünə qədər onsuz da oxuyublar, oxuyursunuz, bundan sonra da oxuyacaqlar, amma elə bir şey yaratmalısan ki, bu tək sənə məxsus olsun. Bunun üçün də dayanmadan çalışmaq lazımdır.

Dünya şöhrətli rəssam Van Qoq haqqında “Dahi” əsəri var. V. Qoq çox kasıb bir adam olub, tapdığı çörək pulunu da ancaq kətana, rəngə verib rəsmlər çəkirmiş, 40 yaşında onun yaradıcılığında partlayış olub, əsərləri 2-3 milyona satılmağa başlayıb. Yəni bir insan zəhmət çəkirsə, o heç vaxt hədər getmir.

– Pandemiya sənət adamlarının çoxlarına məlum olmayan tərəfini üzə çıxardı. Bu çətin dövrdə çox sayda müğənni yoxsul ailələrə kömək əlini uzatdı. Siz bu kampaniyaya qoşuldunuzmu? Qayğıya, yardıma ehtiyacı olan ailələrə kömək etdinizmi?

– Mən ümumiyyətlə, uzun müddətdir ki, şou-biznes deyilən aləmdə deyiləm, onlara qoşulmuram. Çəkilirəm öz guşəmə, məşqlərimi edirəm, öz işlərimlə məşğul oluram. Mənim də müəyyən yardımlarım olur, amma mən onu elan etmirəm, çəkib paylaşmıram. Nə edirsənsə, Allaha xatir edirsən, bunu paylaşmağın nə mənası var? Mən etdiyim şeyləri ortaya çıxarmağı sevmirəm. Bacardığım qədər pandemiya dövründə ehtiyacı olan ailələrə yardım etdim. Tək pandemiya dövründə yox, həmişə yardımlar etmişəm. Bir ağır xəstə, bir tələbə var ki, onlara həmişə kömək edirəm . Mən Qarabağlıyam, öz qohum-əqrəbamda köməyə ehtiyacı olan çox insan var. Amma nə edirsənsə, özündə qalmalıdır.

– Bəs hazırda maddi durumunuz necədir?

– Hazırda milyoner kimi tanıdığım adamların da maddi durumu yaxşı deyil. Bizi də xalq dolandırır, indi də toylar dayandırılıb. Başqa yerdən gəlirim yoxdur, prezident təqaüdü vermirlər, ad vermirlər, gəlir haradan gələcək? Olanım bir yaradıcılıq mərkəzidir, o da gəlir gətirən bir şey deyil. Sağ olsun dostlar, çətinliyim olanda yardım edirlər.

Hələ 20-25 il bundan öncə mənə Almaniyada, Hoollandiyada yaşamaq təklifləri olub. Lakin mən Vətənimi çox sevirəm, hətta iki-üç gün də buradan gedəndə, elə bil illərlə ayrı qalmış kimi hiss edirəm. Ellə gələn bəla toy-bayramdır deyirlər. Özümü heç kəsdən artıq saymıram, çətinlik hamıda var, o cümlədən də məndə. Son zamanlar köməyə ehtiyacı olanlar da çoxalıb, işıqforda saxlayırsan, yaxınlaşırlar. Bu müvəqqəti çətinlikdir, çıxıb gedəcək. Hazırda bütün dünyada çətin vəziyyətdir, sanki dünya dondu. Hər qaranlıq gecənin arxasında bir səhər var.

– Mədəniyyət Nazirliyindəki həbslərdən sonra mədəniyyət adamlarının fəaliyyəti yenidən təftiş olunur. Ümumiyyətlə, bu islahatlarla bağlı siz nə düşünürsünüz?

– Nəinki Mədəniyyət Nazirliyində, son aylarda icra hakimiyyətlərinin baş verən islahatlara baxanda başa düşürəm ki, belələri çoxdur, onların əvəzinə çox xəcalət çəkirəm. O boyda paqon daşıyırsan, vəzifən var, sən necə belə şeylər edə bilərsən? Onlar hansı ailədə böyüyüb, hansı ata-ana onlara tərbiyə verib, ümumiyyətlə, o tərbiyəni görüblərmi?

Mən mənə borcu olan insanlara “mənim pulumu ver” deməyə utanıram, xəcalət çəkirəm, sən camaatın yaxasından tutub, necə ala bilərsən? Eşidirəm ki, kartları yığıb saxlayıblar, o pulları özləri çıxarıblar. Mən dəhşətə gəlirəm, gör tamah bunların başına kəndir salıb, necə it kimi ora-bura sürüyür. İnsanı məhv edən tamahdır, Allah onlara kömək olsun, bu xalqın ah-naləsi təbii ki, onların başında çartlamalı idi.

Deyək ki, dövlət başçımız sizə inanıb 50-60 min insana başçı qoyub, siz belə şeyi necə edə bilərsiniz, utanıb, ölüb, yerə girmirsiniz? Dövlət sənə ev, maşın verir, bütün xərclərini ödəyir, yüksək maaş verir, sənə başqa nə lazımdır axı? Bu gün yerində olmayan çox insan var, ona görə belə insanlarla qabağa getmək olmaz, mən onların yerinə xəcalət çəkirəm.

Mədəniyyət Nazirliyində olanlar isə daha dəhşətlidir, çünki onlar bizim mədəniyyətimizin başında dayananlardır. Yadıma “Əlibaba və qırx quldur” düşür. Orada bir Əbu Həsən obrazı var, gündüzlər şəhərin ağsaqqalı, gecələr isə quldur olur. Mədəniyyət Nazirliyində olanlar da həmin şeydir, onlar mədəniyyəti qorumaq əvəzinə mədəniyyət üçün ayrılan pulları mənimsəyiblər. Hətta orta məktəblərdən, musiqi məktəblərindən pullar yığıblar. Utanmırsınız, şərəfsizlər?

– Sizcə, nazirin bunlardan xəbəri olubmu?

– Olmayıbsa, çox pis. Çünki sən orada necə nazirsən ki, əlinin altında nələrin baş verdiyini bilmirsən? Yəqin ki, xəbəri olub. Olmamış olmaz, çünki bütün pul köçürmələri nazirin imzası olmadan həyata keçə bilməz. O soruşmur ki, filan yerə bir milyon pul ayırmışam, o pul necə oldu, hara getdi?

– Siz özünüz də mədəniyyət sahəsində çalışırsınız, əvvəldən də belə neqativ hallarla rastlaşırdınızmı?

– Təbii ki, rastlaşırdım. Belə şeylər çox rastımıza gəlirdi, amma bu miqyasda olacağını düşünməzdim. Xırda şeylər heç, bu boyda hadisələrsə, lap dəhşətlidir.

– Belə bir iddia var ki, layiq olmayan adamlar bu sektorda zirvəyə yüksəliblər, Xalq artisti, Əməkdar artist kimi fəxri adlara sahibləniblər. Sizcə, təmsil olunduğunzu sferada təsadüfi adamlar çoxdur?

– Təbii ki var. Fəxri ad alanların onundan səkkizi bu ada layiq deyil. Elə adamlar var ki, nə əxlaqı, nə özünü aparmağı, nə də sənəti var, heç bir meyara uyğun gəlmir. Bilirsiniz, bu adları necə veriblər? Şəxsi münasibətə görə. Şəxsi münasibətlə xalqın adından, dövlətin adından fəxri adlar verilə bilməz. Bu da bir utancdır. Mən 1978-ci ildən professional səhnədəyəm, bütün dövlət tədbirlərində, xarici ölkələrdə iştirak etmişəm. Mən başqa nə etməliyəm ki, o mükafatlandırılanların siyahısında olum? Mən 2007-2008-ci illərdə dəfələrlə müraciət etmişəm.

– Nə qədər istədilər?

– Eşitmişdim, eşitdiriblər. Konkret adamlar yox, kənardan eşitdirənlər olub. Düşünürəm ki, mən buna layiqəm, çünki 42-43 ildir ki, bu xalqa, dövlətə xidmət edirəm. İki-üç il deyil ki, bu sənətə gələm və ad almaq üçün başqa yololara əl atam. Amma elə adamlar var ki, onlara xalq artisti adı verilib, mən onların da əvəzinə xəcalət çəkirəm. Axı sən bilirsən ki, bu ada layiq deyilsən. Bir az utan, yekə-yekə də danışırlar ki, mən Xalq artistiyəm.

– Bəs bu durumun düzəlməsi üçün nə təklif edirsiniz? Sizcə, nazir də dəyişməlidirmi?

– Durumun düzəlməsi üçün vəzifəyə vicdanlı adamlar qoyulmalıdır. Nazir çoxdan dəyişməlidir. Özünə hörmət edən adam çoxdan istefa verməli idi. Bu yaxınlarda Türkiyədə Daxili İşlər Naziri istefa verib, getdi. İnsanın mənliyi, şərəfi olar, əgər sənin başçılıq etdiyin qurumda bu biabırçılıq varsa, sən ərizəni yazıb deməlisən ki, məni bağışlayın, bacarmadım, vəssalam. Ona da ürək lazımdır. Əgər o elə şəxs olsaydı, çoxdan istefa ərizəsini yazmışdı. Hara baxırsan, vəziyyət belədir, birini vəzifəyə qoyan kimi, sanki canavara çevrilir. Bunlar düşünmür ki, haramdır, camaatın payına əl uzadıram və s. Onlar görəsən, öz-özlərinə hesabat vermirlər? Mən çaşıb qalmışam…

– Cəmiyyəti ən çox qıcıqlandıran zövqsüz müğənnilərin efirlərdə meydan sulamasıdır. Bayağı mahnılar oxuyan müğənnilərin əl-qolunu kim bağlamalıdır?

– Ümumiyyətlə bunu hər kəs bilir. Özünə hörmət insanlar efirə, o adamlara baxmırlar. Efirlər o insanları dəvət edirlər, çünki efirlərdə də yerində olmayan insanlar var. Bax, bəla burdan gəlir. Mən vətənpərvərlik mövzusunda çox mahnılar yazmışam, görün bizim radiolar onlardan birini səsləndirirmi? Gecə-gündüz lazım olmayan, bizim gəncliyə heç nə verməyən, əksinə yolundan çaşdıran musiqilər gedir, belə bir təbliğat gedir sanki. İstənilən bir radioya gedib musiqi redaktoruna Süleyman Abdullayevi niyə vermirsən? Deyir o kimdir? Əgər onu tanımırsansa, sən orada niyə oturmusan? Mənim televiziyada səlahiyyətim olsa, indi efirə çıxan müğənnilərin 50 faizini heç telekanalın həyətinə buraxmaram. Çünki onlar heç nə ilə nümunə deyillər, əksinə, gəncliyə mənfi təsir edirlər. Onları efirə buraxmaq olmaz, onlar da virus kimi bir şeydir. Televiziyaların özündə islahatlar olmalıdır, bu işi bilənlər gətirilməlidir. Yoxsa, filankəs mənim xalamoğludur deyib, xarratı gətirib musiqi redaktoru qoyurlar. İş bacarana verilməlidir. Televiziyaların başında ziyalı adamlar olmalıdır. AzTV-də bir musiqi redaktoru var idi, onu sonra işdən çıxardılar. Özünü elə aparırdı, sanki ora dədəsinin televiziyasıdır. Kimdən xoşu gəlmirdi efirə buraxmırdı.

O vaxt rəhmətlik Telman Adıgözəlov mənə zəng etdi, dedi ki, qardaş, hirsimdən partlayıram, TRT Avazla İctimai telekanal telekörpü yaradır, Türkiyədən “Bəyaz Gecələr”i oxuyurlar, amma burdan-bura səni çağırmırlar. Mənə onların redaktoru zəng etdi dedi ki, gəl İsmayıl Ömərova de ki, məni niyə çağırmamısınız? Dedim, İsmayıl kimdir ki, mən ona ağız açam, çağırmır cəhənnəmə çağırsın. Sabah İsmayılı işdən atanda, deyəcək ki, vaxtilə mənə yalvarırdı. Mən hər zaman öz çəkimi saxlamağa çalışıram, heç kimdən xahiş etmirəm.

2007-ci ildən Azərbaycan Televiziyasına Səyyad Əlizadəni çağırmırlar, Alışanov gələndən. Niyə balam?

Bir dəfə mən A.Alışanovun köməkçisinə dedim ki, Alışanov dövlətin vəsaitinin oğurlaya-oğurlaya nələr edir, amma mən rayonlara dövlət tədbirlərinə öz vəsaitimlə gedirəm. Və mən öz vəsaitimlə xalqa xidmət edirəm, sənin kimi oğurlamıram. Heç indi də dəvət etmirlər. Baxırsan ki, bunlar haradan gəliblər, harada tərbiyə alıblar?шаблоны для dle 11.2

Digər xəbərlər

“Qış gələndə hamı yenidən evdə oturacaq”
Azərbaycanda karantin qaydaları daha da sərtləşdirilə bilər
“Hərarəti olan məhkumlar daxili karantinə götürülüb”
TƏBİB-dən koronavirusla bağlı AÇIQLAMA
Səhiyyə Nazirliyinin “boz kordinal”ının başı dərddə
Prezidentin inamlı və aydın mesajları insanlarımızın gələcəyə ümidini artırdı
BNA koronavirusla mübarizədə həmrəylik çağırışı etdi
Cəlilabad Mərkəzi Xəstəxanasında tibb işçiləri koronavirusa yoluxub?
göz yaşında qovrulan Zaur Baxşəliyevə
COVID-19-u məhv edən ilk vaksin hazırlandı
İlham Əliyev fərman imzaladı
Prezidetin yüksək vəzifə verdiyi məmurla bağlı məlumat
Deputatlar koronavirusla mübarizə aparanlara belə dəstək oldular
MM-in komitə iclaslarının videokonfrans vasitəsilə keçirilməsi təsdiqləndi
rəsmilər təhlükə siqnalı çalır
“Pul verib vəzifəyə gələn adam...“
Bu ailələr də ünvanlı sosial yardım ala biləcək
Ramiz Mehdiyevi Çingizxanla müqayisə edən yazı istefaya səbəb oldu
“Kəsiri olan 4-cü kurs tələbələrinə güzəşt edilsin”
Həbs növbəsi “iqtidarı biabır edən”lərin himayəçilərinə çatır…
Karantin qaydalarına zidd olan icazələrin ləğvinə başlanıldı
Əhmədzadənin dövlətdən yeyib, qıraqda gəzən şəriki niyə üzə çıxmır?
Azərbaycanda koronavirusa yoluxmuş şəxslərlə bağlı sevindirici xəbər
Bakıda məşhur bazarda əməliyyat
Nazirə 22 milyon dollar rüşvət verən iş adamı həbs olundu
56 min 989 ölüm
Elnur Məmmədov yeni vəzifəyə təyin edildi
O, toxunulmazdır?
Telefonlardan foto və videolar niyə silinir?