Son dəqiqə
30-05-2020, 17:55
2 306

Sədərək Ticarət Mərkəzinə sahibkar və satıcıların maskasız girişi qadağan edildi

Sədərək Ticarət Mərkəzinə sahibkar və satıcıların maskasız girişi qadağan edildi
Bakıda fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzində dezinfeksiya tədbirlərinə start verilib. Ticarət Mərkəzinə sahibkar və satıcıların maskasız girişi qadağan edilib.

Bu barədə Trend-ə açıqlamasında ticarət mərkəzinin İdarə heyəti sədrinin müşaviri Mikayıl Qədimov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tərəfindən ölkədə iri ticarət mərkəzlərinin fəaliyyətinin bərpasına icazə verilməsi barədə qərarından sonra qurumun idarə heyətinin toplantısı keçirilib:

"Toplantıda Operativ Qərargahın tapşırıq və tövsiyələri elan edilib. İdarə Heyətinin sərdi Yusif Qədimovun tapşırığı ilə ticarət mərkəzinin bütün ərazilərində ciddi dezinfeksiya tədbirlərinə başlanılıb. Bazar rəhbərliyi bildirib ki, ticarət mərkəzi ərazisində Operativ Qərargahın bütün tapşırıq və tövsiyələrinə ciddi əməl edilməlidir. Tapşırıq verilib ki, ticarət mərkəzində bütün sahibkar və satıcılar əraziyə daxil olarkən tibbi maska və qoruyuculardan istifadə etməlidir. Sahibkar və satıcıların maskasız ticarət mərkəzinin ərazisinə daxil olması qadağan edilib. Bundan başqa, gün ərzində mərkəzin nəzarət komissiyasının əməkdaşları mütəmadi olaraq bazar ərazisində monitorinqlər keçirəcək, maskasız sahibkar və satıcılar tənbeh olunacaq. Rəhbərliyin tapşırığı ilə ilkin olaraq 15 min ədəd ehtiyat maska alınıb. Nəzarət komissiyasının əməkdaşları bazar ərazisində gündəlik reydlər keçirəcək, maskası olmayan sahibkar və satıcılara pulsuz maska paylanacaq".

M.Qədimov bildirib ki, bazar ərazisində koronavirusdan qorunmaq üçün təlimat xarakterli lövhələr vurulub: "Mərkəzin əməkdaşları gün ərzində bazar ərazisində müştərilərə sosial məsafəni qorumaq üçün tövsiyələr edəcək, ticarət cərgələrində sıxlıq yaranmaması üçün lazım olan tədbirlər görüləcək".

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə xüsusi karantin qaydalarının yumşaldılması ilə bağlı növbəti qərarını açıqlayıb. Qərara əsasən, mayın 31-i saat 00:00-dan etibarən ölkədə bütün iri ticarət mərkəzləri və "Mall"ların fəaliyyəti bərpa olunur.шаблоны для dle 11.2

Digər xəbərlər

Ermənistan ordusu Gədəbəyin kəndləri istiqamətində təxribat törətdi
Sistemli şəkildə islahat aparmağa ehtiyacımız var
60 gün müddətinə,..
“Qış gələndə hamı yenidən evdə oturacaq”
Bu əmanətlər vətəndaşlara geri qaytarılacaq
Bakıda iki oğlanın nişanı oldu
Dünya birjalarında neftin son qiyməti
Azərbaycanlı həkim İstanbulda koronavirusdan vəfat etdi
Koronavirusla bağlı yanlış məlumat yayan 10 nəfər həbs edilib
Prezident və xanımı AÇILIŞDA
Azərbaycanda xüsusi karantin rejimi yenidən sərtləşdirilə bilər
İran ordusu öz gəmisini bombaladı
Generalın həbs olunan qardaşı azadlığa çıxdı
Azərbaycanda maska və spirt monopoliyasını kim yaradır?
Azərbaycanda daha 30 nəfər koronavirusa yoluxdu, 41 nəfər sağaldı
Mütəxəssislərdən xəbərdarlıq
190 manatı ala bilməyənlərin nəzərinə
Gənclər yeni idarəetmə təfəkkürünün daşıyıcılarıdır
Karantin rejimi mayın 11-dən yumşaldıla bilər
Afaq Bəşirqızını güllələmək istəyiblər
Vilayət Eyvazov idarə rəislərinə tapşırıqlar verdi
Koronavirusun təcili müalicəsi vacibdir
Bütün gözlər Milli Məclisə dikilib
Baş nazir parlamentə hesabat verir
Bəs keçmiş başçıların sərvəti niyə araşdırılmır?..
Hər bir vətəndaş tam əmindir ki, Prezident daim onun yanındadır
Karantində olan şəxslər etiraz aksiyası keçirib
İşıq limiti nə vaxtdan artırılır?
Kürün sahilində yeyib-içən 19 nəfər saxlanıldı, 2 nəfər...
KİVDF-nin yeni sədri jurnalistlərin üçüncü binasında oldu