Son dəqiqə
20-05-2020, 17:39
1 350

Vilyam Hacıyevin daha bir sahibkara borcu var imiş - “118 min manatımı ala bilməmişəm”

Vilyam Hacıyevin daha bir sahibkara borcu var imiş
“Mən və Üzeyir Məmmədov İmişlidə şərikli iş görmüşük. Altı nəfər rayonda müqaviləsiz abadlıq işlərində iştirak etmişik. Amma Vilyam Hacıyev pulumuzu tam şəkildə verməyib”.

Xezer.org bildirir ki, bunu Oxu.Az-a 2012-ci ildə İmişli şəhərində abadlıq işlərini həyata keçirmiş sahibkar Vaqif Məmmədov deyib.

İş adamı redaksiyamıza zəng vuraraq, qanunsuz əməllərinə görə DTX tərəfindən həbs olunmuş İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin ona olan borcundan xəbər verib:

“İmişli xəstəxanasına gedən küçənin 40 sot ərazisində abadlaşdırma işləri görmüşəm. İki beşmərtəbəli yaşayış binasının fasadını dəyişdirmişəm. 857 min manat borclu olduğu Muqayis Verdiyev isə təkcə Bayraq meydanını qurmayıb, bir milyon manatlıq iş görüb.

Muqayis İmişlidə Heydər Əliyev prospektini başdan-ayağa düzəltdirib, orada böyük qlobuslar hazırlayıb, küçə işıqlarının hamısını dəyişdirib. Ümumiyyətlə, biz sahibkarlar İmişlinin ayrı-ayrı küçələrini abadlaşdırmaq üçün bölünmüşdük.

Pulumuzu vermədiyi üçün ondan şikayət etdik. Vilyam Hacıyev məzuniyyətdən qayıtdıqdan sonra Hesablama Palatasından nümayəndə və İmişli-Beyləqan seçki dairəsi üzrə deputat Çingiz Qənizadə bizimlə görüşə gəlmişdi. Sonra Vilyam bizə izahat yazdırıb dedi ki, iki-üç günə pulunuz veriləcək, narahat olmayın.

Mənə 168 min manat borcu vardı. İzahat yazdırarkən bunun 50 minini verdi, 118 min qaldı. Maşallah, Muqayis, Cahangir ondan sonradan pullarını istədilər. Buna görə onları tutdurmaqla hədələdi. Hətta birinci müavini Səfa Ağayev bildirdi ki, söz vermişik, gərək pullarını verək. Bu söz üstündə o vaxt başçı ilə müavininin arası dəymişdi.

İndiyədək səssiz qalmağımın səbəbkarı isə Çingiz Qənizadədir. O mənə dedi ki, başının salamat qalmasını istəyirsənsə, tüpür o pula, çıx, get evinə. Mən də belə edib sakitcə dayandım və daha İmişliyə getmədim.

Sonradan sahibkarlardan Osman və Yaqub pullarını tam ala bildilər. Yalnız mən, Muqayis, Maşallah, Cahangir və Pərviz pulumuzu tam şəkildə ala bilmədik”.

Qeyd edək ki, sahibkarların saytımıza verdiyi informasiyaya görə, Vilyam Hacıyevin Müqayis Verdiyevə 857 min, “Neftçi”nin tanınmış veteranı Maşallah Əhmədova isə 400 min manat borcu var.шаблоны для dle 11.2

Digər xəbərlər

Ermənistan ordusu Gədəbəyin kəndləri istiqamətində təxribat törətdi
Sistemli şəkildə islahat aparmağa ehtiyacımız var
60 gün müddətinə,..
“Qış gələndə hamı yenidən evdə oturacaq”
Bu əmanətlər vətəndaşlara geri qaytarılacaq
Bakıda iki oğlanın nişanı oldu
Dünya birjalarında neftin son qiyməti
Azərbaycanlı həkim İstanbulda koronavirusdan vəfat etdi
Koronavirusla bağlı yanlış məlumat yayan 10 nəfər həbs edilib
Prezident və xanımı AÇILIŞDA
Azərbaycanda xüsusi karantin rejimi yenidən sərtləşdirilə bilər
İran ordusu öz gəmisini bombaladı
Generalın həbs olunan qardaşı azadlığa çıxdı
Azərbaycanda maska və spirt monopoliyasını kim yaradır?
Azərbaycanda daha 30 nəfər koronavirusa yoluxdu, 41 nəfər sağaldı
Mütəxəssislərdən xəbərdarlıq
190 manatı ala bilməyənlərin nəzərinə
Gənclər yeni idarəetmə təfəkkürünün daşıyıcılarıdır
Karantin rejimi mayın 11-dən yumşaldıla bilər
Afaq Bəşirqızını güllələmək istəyiblər
Vilayət Eyvazov idarə rəislərinə tapşırıqlar verdi
Koronavirusun təcili müalicəsi vacibdir
Bütün gözlər Milli Məclisə dikilib
Baş nazir parlamentə hesabat verir
Bəs keçmiş başçıların sərvəti niyə araşdırılmır?..
Hər bir vətəndaş tam əmindir ki, Prezident daim onun yanındadır
Karantində olan şəxslər etiraz aksiyası keçirib
İşıq limiti nə vaxtdan artırılır?
Kürün sahilində yeyib-içən 19 nəfər saxlanıldı, 2 nəfər...
KİVDF-nin yeni sədri jurnalistlərin üçüncü binasında oldu