• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı yeni qaydalar və yeni dərslik - BDU-da müzakirə [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

7-07-2026, 21:20

 

“Azərbaycanda sosial media ilə bağlı yeni tələblər” Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində müzakirə edilib.

“Qafqazinfo” xəbər verir ki, çıxış edən Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev ölkədə yaş məhdudiyyəti tətbiq olunan sosial şəbəkə platformasının provayderlərinin fəaliyyətinə dair yeni qaydaların müəyyənləşdirilməsi barədə məlumat verib. Bildirib ki, dəyişiklik qüvvəyə mindikdən sonra siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi platformalarda 16 yaşı tamam olmamış şəxslərin fərdi rəqəmsal hesablar yaratmasına yol verilməyəcək. 16-18 yaş arası uşaqlar üçün isə fərdi rəqəmsal hesab valideynin və ya qanuni nümayəndənin razılığı əsasında yaradıla biləcək.

Jurnalistika fakültəsinin dekanı, professor Vüqar Zifəroğlu yeni tələblərin sosial şəbəkə platformalarının məsuliyyətini artırmasına toxunub. Bildirib ki, platformalar uşaqların hüquqları ilə bağlı təhlükəsizlik standartlarını gücləndirməlidir. Bununla yanaşı, yaş məhdudiyyətlərinin səmərəli tətbiqi təmin olunmalıdır.

BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli müzakirəyə çıxarılan məsələnin önəmini xüsusi vurğulayaq qanunvericiliyə edilən dəyişiklikləri ölkədə rəqəmsal təhlükəsizlik siyasətinin yeni mərhələsinin başlanğıcı adlandırıb.

Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova sözügedən dəyişikliklərin yalnız hüquqi tənzimləmə deyil, həmçinin maarifləndirici əhəmiyyət daşıdığını xüsusi vurğulayıb. Əlavə edib ki, artıq valideynlər rəqəmsal mühitdəki riskləri daha yaxşı anlayacaq, uşaqlar isə internetdən təhlükəsiz və məsuliyyətli istifadəyə vərdiş edəcəklər.

Yeni media və kommunikasiya kafedrasının müdiri, dosent Xatirə Hüseynova isə çıxışında istənilən texnoloji alətin faydalı ola biləcəyini, lakin əsas məsələnin ondan düzgün istifadə etməyi bacarmaq olduğunu diqqətə çatdırıb.

Siyasi elmlər doktoru, professor Sabir Məmmədli isə informasiya sahəsində birliyin əhəmiyyətindən danışıb. Həmçinin sosial şəbəkələrin Azərbaycanın əldə etdiyi uğurlarda, o cümlədən informasiya müharibəsində qazanılan qələbədə mühüm rol oynadığını vurğulayıb.

Daha sonra çıxış edən siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə İbrahimova müasir dövrdə insanların əsas informasiya mənbələrindən biri olan sosial medianın operativ informasiya məkanı rolunu oynamaqla yanaşı, dezinformasiyanın yayılmasında da mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, artıq uşaqlar ibtidai sinif yaşlarından etibarən sosial şəbəkələrdə hesab açmağa maraq göstərirlər və bu səbəbdən onların rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması vacibdir.

Müzakirə çərçivəsində Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Pərvanə İbrahimovanın yeni çap edilən “Sosial media” adlı dərs vəsaitinin təqdimatı olub. Çıxış edənlər təqdim olunan nəşrin önəmini xüsusi vurğulayıblar. Bildiriblər ki, müasir media mühitində bu kimi vəsaitlər tələbələrlə yanaşı, media nümayəndələri üçün də faydalı mənbədir. Kitabda sosial medianın təsiri ilə meydana çıxan narsizm, kiberzorakılıq, nifrət nitqi, virtual kimliklər, nəzarət və müşahidə kimi yeni anlayışlara da yer verilməsi xüsusi əhəmiyyət daşıyır.











Bizi Facebookda izləyin





Oxunub: 1030
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

7-07-2026, 21:18

Səhiyyə nazirinə yeni müavin təyin olundu [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

7-07-2026, 21:15

Bakıda yarım milyonluq dələduzluq - Özbək qadın həbs olundu [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

7-07-2026, 21:17

Zakir Həsənov Aqil Qurbanova medal təqdim etdi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

7-07-2026, 21:16

Generala yüksək vəzifə verildi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Dünya

7-07-2026, 21:17

Tramp Türkiyədədir - Ərdoğan şəxsən qarşıladı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı yeni qaydalar və yeni dərslik - BDU-da müzakirə
Səhiyyə nazirinə yeni müavin təyin olundu
Hadisə
Son xəbərlər
  • 16-07-2026, 12:02
    Fələstinin Baş naziri Fəxri xiyabanda
  • 16-07-2026, 11:55
    Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
  • 16-07-2026, 11:41
    Abşeronda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib
  • 16-07-2026, 11:34
    Bu dəfə onlar saxlanıldı - Sıla, İlyas Yalçıntaş...
  • 15-07-2026, 11:33
    “Səyyar Gənclər Xidməti” layihəsi fəaliyyətini İsmayıllıda uğurla davam etdirir
  • 14-07-2026, 19:01
    Prezidentin maşınında selfi çəkdi
  • 14-07-2026, 19:00
    Prezidentlər bir-birinə bunları hədiyyə etdi
  • 14-07-2026, 19:00
    Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi qəbul edilir
  • 8-07-2026, 18:13
    İranda partlayış səsləri - ABŞ-nin daha bir bazası vuruldu
  • 8-07-2026, 18:11
    Agentliyə sədr müavini təyin edildi
  • 8-07-2026, 18:10
    Kənan Seyidova birinci müavin təyin edildi
  • 7-07-2026, 21:22
    “Ərdoğan həmin məsələlərdə bizə dəstək verir”
  • 7-07-2026, 21:20
    Uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı yeni qaydalar və yeni dərslik - BDU-da müzakirə
  • 7-07-2026, 21:19
    Həmişə rekord qırırdı, indi əksi oldu
  • 7-07-2026, 21:18
    Səhiyyə nazirinə yeni müavin təyin olundu
  • 7-07-2026, 21:17
    Zakir Həsənov Aqil Qurbanova medal təqdim etdi
  • 7-07-2026, 21:17
    Tramp Türkiyədədir - Ərdoğan şəxsən qarşıladı
  • 7-07-2026, 21:16
    Generala yüksək vəzifə verildi
  • 7-07-2026, 21:15
    Bakıda yarım milyonluq dələduzluq - Özbək qadın həbs olundu
Daha çox
  • Direktor: Əli
  • Whatsapp: (99470)
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xezer.org-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə